Ana içeriğe atla

Müəllimlik - "təmiz qız" sənəti...


Aysel Abdullazadə yazır:

İctimai şüurumuzda formalaşmış qəliblər var ki, sadəcə elə şüuraltında yer edib özünə. Heç bir reallığı yoxdur. Üzdə olan, görünən tablo tam fərqlidir. Heç bir ayrımcılıq etmədiyimizi deyirik, hamı hər yerdə qız və oğlan uşaqlarına fərq qoymadığından ağız dolusu danışır. Bəs, məsələ təhsilə gələndə, icra olunacaq məcburiyyətlər ortaya çıxanda niyə o fərqi həmən ortaya qoyuruq? Görünən o ki, özümüzü aldadırıq...

Təhsildən danışacağam sizə. Aysberqin görünməyən tərəfləri çoxdur, bir istiqamətindən bəhs edək. Bunda hansısa dəyişikliklərə nail olsaq, çox iş görmüş sayılarıq.

Müəllim ailəsində böyümüşəm. Atam repetitor olub, ağlım kəsəndən qəbul imtahanına hazırlaşan abituriyentlərlə təmasda olmuşam, onların hazırlıqlarına baxmışam. İmtahan sonrası abituriyentlər gələr, atama, ballarına uyğun ali məktəblərdə vakant yerləri yazdırardılar. Müəllimlər bu işlə illərdir məşğul olduğundan toplanılan bala uyğun yerləri yazmağı yaxşı bilirlər. Uşaqlar da bunu güvəndikləri müəllimlərə həvalə edirdilər, bir növ taleləri o müəllimdən asılı olurdu.

Qəbul imtahanları yayda olduğundan evimizə valideynlər gəlirdi, övladlarının imtahan nəticələrini müzakirə edirdilər. Sakitcə yanlarında oturub onlara baxardım. Diqqətimi həmişə bir şey çəkərdi - qız olanlar ucdantutma müəllimlik ixtisasını yazırdılar. Daha doğrusu, onların səsi çıxmazdı, valideynləri elə istəyərdi. Nə olur olsun da, tələbə olum deyə düşünən abituriyent də sakitcə başını aşağı salıb içindəki sevdiyi ixtisasa yiyələnmək arzusunu boğardı o an.

Bir dəfə bütün (mümkün olan) universitetlərin biologiya müəllimliyini yazdıran valideynə qızı etirazını bildirdi: "Bu qədər bal toplamışam, mən həkim olmaq istəyirəm" dedi. Atanın: "ay qız, otur oturduğun yerdə, həkim olan çıxıb bu" dediyi çığlıqlı səs hələ də qulağımdadır. Qız sakitcə başını aşağı saldı. Və biologiya müəllimi oldu. O müəllim qız bu gün bəlkə də sizin, bizim övladlarımıza dərs keçir. Hansı şərtlərlə o ixtisasa yiyələndiyini düşünəndə keçəcəyi dərsin keyfiyyətini təxmin edə bilirsinizmi? İstəmədiyin, sevmədiyin bir işi necə layiqincə görə bilərsən ki?
İçindəki arzusu çilik-çilik olan bir müəllimədir o. Şagirdlərini necə sevəcək, əli iynə-ilaç tutmaq istərkən, necə qələm tutacaq?
Ağ xalat geymək istəyini necə qara ətək, bəyaz köynəyə dəyişəcək?

Bu gün cəmiyyətdə minlərlə belə peşə sahibləri var. Onları sevdiyi sahədən ayıran, əlləri ilə yaxasından tutub uzaqlaşdıran atalar, analar var. Nə üçün? Qız olduğu üçünmü həkim ola bilməz, mühəndis, mühasib, jurnalist, incəsənət nümayəndəsi, iqtisadçı ola bilməz?

Universitetlər nə qədər müəllimə ixtisasından qız, iqtisadiyyat sahəsindən isə oğlan məzunlar buraxır.
Nə qədər müəlliməliyi "təmiz, pak qız peşəsi" adlandıracaqsınız? Kimi aldadırsınız, özünüzümü?
Kim deyə bilər ki, bütün qadın müəllimələr əxlaqlı, vicdanlı, pak insanlardır, yaxud kim sığortalaya bilər ki, hər hansı zavodda, şirkətdə çalışan bir mühəndis qadın bu keyfiyyətlərdən uzaqdır? İxtisas, çalışma alanı insanlığa təsir edə bilməz. Peşənizin "təmizliyi" kimliyinizin gözəlliyinə dəlalət etməz, edə bilməz.

Əziz valideynlər, imkan verin övladlarınız, xüsusən də, qız övladlarınız istədikləri sahədə təhsil alsınlar, onların arzularını iki əlli şəkildə boğmayın, nəfəs verin, dəstək olun!
Qız peşəsi deyilən bir sənət növü, ixtisas alanı icad etməyin!
Övadlarınız arasında ayrımcılığa son qoyun! Onları yaxşı insan olaraq yetişdirin, cinsə ayırmadan, insan kimi...

Sayğılarla!

16.12.2015 - 21:46

Yorumlar

Bu blogdaki popüler yayınlar

Tanışlıq mədəniyyəti...

Aysel Abdullazadə yazır: - Salam. Çox mənalı gözləriniz var. - O dərin baxışlarda itməkdən qorxuram. - Xanım, adınızın mənası nədir? - Bu gülün belə (430*250 ölçüdə qırmızı gül göndərir) gözəlliyiniz qarşısında boynu bükükdür.  - Çox gözəlsiniz, tanış olaqmı? - Söhbət edək, peşman olmazsan. - Şəkildəki özünsən? Əgər özünsənsə, qəşəng xanımsan.  - İdmançıyam, tanış olaq? Bu siyahını istənilən qədər uzatmaq olar, elə uzadırlar da... Sizlərlə cəmiyyətimizdə çatışmazlığı yüksək səviyyədə olan, amma əslində, insanlığın önəmli bir mövzusundan - tanışlıq mədəniyyətindən danışmaq istəyirəm. Bəli, tanışlığın da bir mədəniyyəti, özünə görə qəlibləri var. Ümumiyyətlə, hər şeydə bir sınır, bəlirli bir çərçivə olması gərəkdiyi qənaətindəyəm. Örnək kimi, "Allah salamı" dediyimiz ən isti kəlməni belə tanıdığımız, öncədən və ya sonrasında ünsiyyətdə olduğumuz, gərəkdirən durumlarda istifadə etdiyimiz bir gerçək... bu, qeyd etdiyim o çərçivənin bir misalla əyani göstəricisidir

Sevişmək və seks anlamı

Sevişmək və seks...   Bu iki ifadə ilk baxışda eynilik təzahürü yaradır. Sanki eyni bir nəsnə olaraq alqılanır. Hətta sinonim kimi də işlənə bilir. Lakin ən çox istifadə üstünlüyü sevişmək kəliməsindədir. İnsanlar bu sözü öz aralarında ümumiləşdirib ikisini bir anlamda istifadə edirlər. Çox az cütlüyə rast gəlmək olar ki, sevişmək istəyirəm yerinə sekslə məşğul olmaq istəyirəm tərzində cümlə qursun. Əslində oxşarlıq qaçınılmazdır, fəqət fərq də istisna deyil. Sevişmək başlanğıc, seks isə sondur. Kişi və qadın yapısında sevişmək və seksə keçid fərqli hiss olunur. Ön sevişmə həssaslıq tələb edir, qadın üçün daha əsas hesab edilən bu proses seksin mənbəyi və orqazmın yaşanması üçün əsas faktordur. Qadın və kişi hissləri fərqlidir, qadınlar toxunuşa daha çox önəm verirlər. Kiş də sevər toxunuşu, amma qadın qədər yox. Qadını zərif və incə toxunuşlarla ram etmək ön sevişmənin əsasıdır. Sevişmək sözü sığal, oxşamaq, toxunmaq,öpmək, bir sözlə hiss etmək kimi ifadələri özüdə iç

Kadının tarifi...

Bir kadın ne kadar güzel, kültürlü, zarif, dürst ve hoş olursa olsun, hırçın huzursuz ve asabise son derece iticidir. Hangi erkek böyle bir kadınla olmak ister? yanında lüzumsuz el-kol haraketleri ile, asabi mimiklerle, dişlerini sıkarak konuşan, her an patlamaya hazır bir bomba ile ne kadar huzurlu ve mutlu ola bilirsiniz? Şık giyinmek de önemlidir ama zarafet daha önemlidir. İnsan yaratılış itibarile hantal olabilir. Öyle ölçülü, öyle toplu yürüyen hanımlar vardır ki, onların yürüyüşlerini bile seyr etmek ruha huzur verir. Hele onlarla yürüyüşe çıkmak ne kadar mutlu eder insani. Yere basışlarındaki yumuşaklık, adımlarındakı acelesiz, huzurlu tempo ruhu rahatlatır. Zarafet kadını şiirleştirir.  Ne kadınlar vardır tesettürlü de olsalar süzülür gibi, dans eder gibi yürürler. Bir bardak su verirken bardağı deyil, dünyaları uzatırlar insana. Hizmet önemli deyil, sunuş önemlidir. Yumuşak, hoş bir haraketle, gözlerinin içi gülerek, saygı ve sevgi dolu bir bakışla uzatılan bar