Ana içeriğe atla

Anaların eqoistcəsinə oğul sevgisi


Aysel Abdullazadə yazır:

Analar oğullarını o qədər eqoistcəsinə sevirlər ki, bu, gələcəkdə övladın yaşamına da mənfi şəkildə sirayət edir. Lap kiçik yaşlarından bütün varlığını, kimliyini, daxilini övlada bağlayıb, sonrasında onun həyatını məhdudlaşdıran analar tanıyıram. O qədər qısqanclıq yaşayır ki, oğlunu sevdiyi qadınla belə paylaşmaq, bölüşmək istəmir.

Gələcəkdə ailə quran oğul istəklərini qısıtlamalı olur, ayrı evə belə çıxa bilmir. Ananın olmazları, küskünlüyü onu buna məcbur və vadar edir. Anaya, belə olmaz, etdiyinin doğru olmadığını deyəndə isə bu eqoist fikirləri səsləndirir: "Mən onu böyütmüşəm, yetişdirmişəm, əlimlə yemək yedirmişəm, xəstə olanda baş ucundan ayrılmamışam, indi məndən ayrı yaşamaq istəyir?"

Ay ana, sən bu övladı dünyaya gətirmisənsə, bu saydıqlarını, zatən, etməlisən, etməli idin və etmisənsə, nə xoş sənə. Böyütməlisən, oxutmalısan, imkanlara uyğun normal olan hər şeylə təmin etməlisən. Ancaq bunları etməyin sənə əsas vermir ki, övladının gələcək həyatını kölgələyəsən, ondan iki əllə yapışıb, sənin istədiyin ixtisası seçmədiyi üçün, səndən ayrı qaldığı üçün, sevdiyi qadın olduğu üçün onu nankor adlandırasan!

Analar, övladlarına daxili bağımlılıq hissi ilə yaşayırlar. Bu heç bir formatda düzgün deyil. Hər insanın şəxsi həyatı onun özünəyönəlikdir. Ana belə, övladının həyatına müdaxilə etməkdə, onu öz istəklərinə uyğun şəkildə istiqamətləndirməkdə hüquqsuz və haqsızdır. Ana, balasına qarşı olan analıq vəzifələrini övladının başına vuraraq, bunu əsas gətirərək onun istədiyi həyatı yaşamağına mane olmamalıdır.

İnsanlar sərbəst şəkildə, heç kimdən asılılığı olmadan yaşayıb yaratmalıdır. Nə ana övladından, nə də övlad anadan asılı vəziyyətdə olmamalıdır. Hər iki şəxsin individual həyatı və yaşam şərtləri özü üçündür.

Burada bəhs etdiyimiz mövzu tam olaraq bu şəkildə eqoizm sərgiləyən ana-qadın obrazına aiddir. Digər situasiyaları əsas gətirməklə, məsələnin məğzindən uzaqlaşmayaq.

05.11.2015



Yorumlar

Bu blogdaki popüler yayınlar

Tanışlıq mədəniyyəti...

Aysel Abdullazadə yazır: - Salam. Çox mənalı gözləriniz var. - O dərin baxışlarda itməkdən qorxuram. - Xanım, adınızın mənası nədir? - Bu gülün belə (430*250 ölçüdə qırmızı gül göndərir) gözəlliyiniz qarşısında boynu bükükdür.  - Çox gözəlsiniz, tanış olaqmı? - Söhbət edək, peşman olmazsan. - Şəkildəki özünsən? Əgər özünsənsə, qəşəng xanımsan.  - İdmançıyam, tanış olaq? Bu siyahını istənilən qədər uzatmaq olar, elə uzadırlar da... Sizlərlə cəmiyyətimizdə çatışmazlığı yüksək səviyyədə olan, amma əslində, insanlığın önəmli bir mövzusundan - tanışlıq mədəniyyətindən danışmaq istəyirəm. Bəli, tanışlığın da bir mədəniyyəti, özünə görə qəlibləri var. Ümumiyyətlə, hər şeydə bir sınır, bəlirli bir çərçivə olması gərəkdiyi qənaətindəyəm. Örnək kimi, "Allah salamı" dediyimiz ən isti kəlməni belə tanıdığımız, öncədən və ya sonrasında ünsiyyətdə olduğumuz, gərəkdirən durumlarda istifadə etdiyimiz bir gerçək... bu, qeyd etdiyim o çərçivənin bir misalla əyani göstəricisidir

Sevişmək və seks anlamı

Sevişmək və seks...   Bu iki ifadə ilk baxışda eynilik təzahürü yaradır. Sanki eyni bir nəsnə olaraq alqılanır. Hətta sinonim kimi də işlənə bilir. Lakin ən çox istifadə üstünlüyü sevişmək kəliməsindədir. İnsanlar bu sözü öz aralarında ümumiləşdirib ikisini bir anlamda istifadə edirlər. Çox az cütlüyə rast gəlmək olar ki, sevişmək istəyirəm yerinə sekslə məşğul olmaq istəyirəm tərzində cümlə qursun. Əslində oxşarlıq qaçınılmazdır, fəqət fərq də istisna deyil. Sevişmək başlanğıc, seks isə sondur. Kişi və qadın yapısında sevişmək və seksə keçid fərqli hiss olunur. Ön sevişmə həssaslıq tələb edir, qadın üçün daha əsas hesab edilən bu proses seksin mənbəyi və orqazmın yaşanması üçün əsas faktordur. Qadın və kişi hissləri fərqlidir, qadınlar toxunuşa daha çox önəm verirlər. Kiş də sevər toxunuşu, amma qadın qədər yox. Qadını zərif və incə toxunuşlarla ram etmək ön sevişmənin əsasıdır. Sevişmək sözü sığal, oxşamaq, toxunmaq,öpmək, bir sözlə hiss etmək kimi ifadələri özüdə iç

Kadının tarifi...

Bir kadın ne kadar güzel, kültürlü, zarif, dürst ve hoş olursa olsun, hırçın huzursuz ve asabise son derece iticidir. Hangi erkek böyle bir kadınla olmak ister? yanında lüzumsuz el-kol haraketleri ile, asabi mimiklerle, dişlerini sıkarak konuşan, her an patlamaya hazır bir bomba ile ne kadar huzurlu ve mutlu ola bilirsiniz? Şık giyinmek de önemlidir ama zarafet daha önemlidir. İnsan yaratılış itibarile hantal olabilir. Öyle ölçülü, öyle toplu yürüyen hanımlar vardır ki, onların yürüyüşlerini bile seyr etmek ruha huzur verir. Hele onlarla yürüyüşe çıkmak ne kadar mutlu eder insani. Yere basışlarındaki yumuşaklık, adımlarındakı acelesiz, huzurlu tempo ruhu rahatlatır. Zarafet kadını şiirleştirir.  Ne kadınlar vardır tesettürlü de olsalar süzülür gibi, dans eder gibi yürürler. Bir bardak su verirken bardağı deyil, dünyaları uzatırlar insana. Hizmet önemli deyil, sunuş önemlidir. Yumuşak, hoş bir haraketle, gözlerinin içi gülerek, saygı ve sevgi dolu bir bakışla uzatılan bar