Ana içeriğe atla

Ölkəmdə çimərlik mədəniyyəti...


Bu il dənizə getməmişdim, bunun da özəl səbəbləri var. İki gün əvvəl sadəcə gəzinti amaclı dənizə getdim. Mövsüm etibarilə sakit boş yer tapa bilmədim. Məqsədim bir az kitab oxuyub dolaşmaq idi. Adamların çoxluğu səbəbilə dənizin içinə qədər uzanan daşların üstündə oturub insanları seyr etməyə başladım. Mənzərə çox eybəcər görünürdü. Başqa ölkələrdən və ən əsası televiziyadakı çimərlik görüntülərindən fərqli idi gördüklərim.

Qadınlara sanki çimərlik geyimləri qadağan olunmuş, ya da ümumiyyətlə bu geyimlərin varlığından xəbərsizdirlər kimi bir nəticəyə gəlmək qaçınılmaz idi. Kişilər uşaqları ilə dənizə girir, xanımları isə suyun kənarında ayaqlarını suya salıb oturmuşdular. Bir an düşündüm ki, burdakı adamlar hamısı eynidir.

Xanımlar çimərlik geyimi əvəzinə ev paltarlarında dənizə gəlmişdilər, xalatla ayaqlarını suya qoyub oturan qadınlar nə qədər zövqsüz olduğumuzu, istirahəti belə normal yaşaya bilmədiyimiz qənaətinə gətirdi məni. Ümumiyyətlə, geyim mövzusunda çox geridə qalmışıq, irəliləyə bilməmişik. Yerə uyğun, konseptə uyan kombinlər etmək, ədəbinə görə geyinib çıxmaq anlayışımız yox dərəcəsindədir.

İndi qayıdaq bu dənizdəki görüntüyə. Tipik azərbaycanlı kişisi qadını ilə dənizə gedirsə onu bu şəkildə qapadır. Özünü və qadınını gəldiyi istirahətdən acımasızca məhrum edir. Dəniz geyimində olsa ona gülərlər, yaxud yanındakı qadına baxarlar deyə düşünərək doğru etdiyini fikirləşir. Çünki həmin o "kişilər" özü elədir, çimərlik geyimindəki bir qadına məhz onun bədəninə görə baxır, açıq yerlərinə nəzər yetirir. Onun qadınına da bunu etməsinlər deyə qadını dənizə xalatla gətirir.

Hər şey insan beyninin və zəkasının məhsuludur. Keçən il Gürcüstanda-Qara dəniz sahilində oldum. Fərqi çoxıarınızın gördüyünə və bildiyinə əminəm. Orada çimərlikdən çıxan insanlar paltarlarını dəyişmədən o geyimdə evlərinə gedirdilər. Bəli, yol kənarı ilə çimərlik geyimində dənizdən çıxdıqları kimi evlərinə yol alırdılar. Həm də çox sərbəst şəkildə. Heç bir maşın yol kənarı ilə gedən yarıçılpaq qadınların yanına çatanda "əyləci" sıxıb dayanıb baxmırdı, söz atmırdı, heç ağlından belə şeyi keçirmirdi. Niyə bilirsiniz mi? Çünki yol kənarı ilə gedən o adamları qadın olaraq deyil, insan olaraq görürdülər.

Bu arada, bəli, çimərliklərimiz yalnız "xalatlı qadınlar"dan ibarət deyil, əlbəttə. Normal, dənizə uyğun çimərlik geyimində olan xanımlar da olduqca üstünlük təşkil edir. Fəqət, o xanımları görən kimi ağzının suyunu silən, dönüb-dönüb bədən əzalarını sayan, yanından keçəndə gözlərini pörtlədib hədəqəsindən çıxaran, qadın döşündən, əzasından "ilhamlanan" kişilər də məhz qadınlarını xalata bürüyüb saxlayanlardır!

Aysel Abdullazadə


Yorumlar

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Tanışlıq mədəniyyəti...

Aysel Abdullazadə yazır: - Salam. Çox mənalı gözləriniz var. - O dərin baxışlarda itməkdən qorxuram. - Xanım, adınızın mənası nədir? - Bu gülün belə (430*250 ölçüdə qırmızı gül göndərir) gözəlliyiniz qarşısında boynu bükükdür.  - Çox gözəlsiniz, tanış olaqmı? - Söhbət edək, peşman olmazsan. - Şəkildəki özünsən? Əgər özünsənsə, qəşəng xanımsan.  - İdmançıyam, tanış olaq? Bu siyahını istənilən qədər uzatmaq olar, elə uzadırlar da... Sizlərlə cəmiyyətimizdə çatışmazlığı yüksək səviyyədə olan, amma əslində, insanlığın önəmli bir mövzusundan - tanışlıq mədəniyyətindən danışmaq istəyirəm. Bəli, tanışlığın da bir mədəniyyəti, özünə görə qəlibləri var. Ümumiyyətlə, hər şeydə bir sınır, bəlirli bir çərçivə olması gərəkdiyi qənaətindəyəm. Örnək kimi, "Allah salamı" dediyimiz ən isti kəlməni belə tanıdığımız, öncədən və ya sonrasında ünsiyyətdə olduğumuz, gərəkdirən durumlarda istifadə etdiyimiz bir gerçək... bu, qeyd etdiyim o çərçivənin bir misalla əyani göstəricisidir

Sevişmək və seks anlamı

Sevişmək və seks...   Bu iki ifadə ilk baxışda eynilik təzahürü yaradır. Sanki eyni bir nəsnə olaraq alqılanır. Hətta sinonim kimi də işlənə bilir. Lakin ən çox istifadə üstünlüyü sevişmək kəliməsindədir. İnsanlar bu sözü öz aralarında ümumiləşdirib ikisini bir anlamda istifadə edirlər. Çox az cütlüyə rast gəlmək olar ki, sevişmək istəyirəm yerinə sekslə məşğul olmaq istəyirəm tərzində cümlə qursun. Əslində oxşarlıq qaçınılmazdır, fəqət fərq də istisna deyil. Sevişmək başlanğıc, seks isə sondur. Kişi və qadın yapısında sevişmək və seksə keçid fərqli hiss olunur. Ön sevişmə həssaslıq tələb edir, qadın üçün daha əsas hesab edilən bu proses seksin mənbəyi və orqazmın yaşanması üçün əsas faktordur. Qadın və kişi hissləri fərqlidir, qadınlar toxunuşa daha çox önəm verirlər. Kiş də sevər toxunuşu, amma qadın qədər yox. Qadını zərif və incə toxunuşlarla ram etmək ön sevişmənin əsasıdır. Sevişmək sözü sığal, oxşamaq, toxunmaq,öpmək, bir sözlə hiss etmək kimi ifadələri özüdə iç

Kadının tarifi...

Bir kadın ne kadar güzel, kültürlü, zarif, dürst ve hoş olursa olsun, hırçın huzursuz ve asabise son derece iticidir. Hangi erkek böyle bir kadınla olmak ister? yanında lüzumsuz el-kol haraketleri ile, asabi mimiklerle, dişlerini sıkarak konuşan, her an patlamaya hazır bir bomba ile ne kadar huzurlu ve mutlu ola bilirsiniz? Şık giyinmek de önemlidir ama zarafet daha önemlidir. İnsan yaratılış itibarile hantal olabilir. Öyle ölçülü, öyle toplu yürüyen hanımlar vardır ki, onların yürüyüşlerini bile seyr etmek ruha huzur verir. Hele onlarla yürüyüşe çıkmak ne kadar mutlu eder insani. Yere basışlarındaki yumuşaklık, adımlarındakı acelesiz, huzurlu tempo ruhu rahatlatır. Zarafet kadını şiirleştirir.  Ne kadınlar vardır tesettürlü de olsalar süzülür gibi, dans eder gibi yürürler. Bir bardak su verirken bardağı deyil, dünyaları uzatırlar insana. Hizmet önemli deyil, sunuş önemlidir. Yumuşak, hoş bir haraketle, gözlerinin içi gülerek, saygı ve sevgi dolu bir bakışla uzatılan bar