Ana içeriğe atla

Günümüzün insanı....


Hamımız bir-birimizə qənim kəsilmişik. Heç kim ətəyini qırağa çəkməsin. Elə aqressiv olmuşuq, elə paxıl olmuşuq, elə ədalətsiz, elə rəhmsiz olmuşuq ki... Vəziyyət o yerə gəlib ki: bir-birimizdən yaxşı nəsə gözləməyə inamımız qalmayıb, gözlədiyimiz də olsa-olsa təhlükədir... Bu günün reallığı budur!


 Elman Tovuz

Bu yazımı gözəl şairimiz Elman müəllimin sözlərinin düşüncəsi ilə beynimdə yazmış oldum. Bir neçə gün əvvəl facebook hesabımda Elman müəllimin bele bir yazısını oxudum, həmin an beynimdə nə qədər reallığa uyğun bir həqiqət olduğunu fikirləşdim. Çox təəssüf ki, doğrudan da günümüzün acı gerçəyi budur. İnsanlar o qədər aqressiv, qaraqabaq olub ki, yolda gedəndə birindən bir ünvan və ya yer soruşanda da simlarındakı acı mimika insanı danışmağına peşman edir. Qəlblər sanki möhürlənib, insanların üzündə təbəssüm görmək üçün sanki pul ödəməliyik. Baxıram ki, insanlar da aqressiv yanaşmalar çoxalıb, simalardakı təbəsüm itib atrıq, görünmür üzlərdə. Qaşlar çatılıb, iti yerişlər dəb halını alıb, birinə təbəssümlə baxsan o baxışın altında "nə isə" axtaracaq duruma gəlmişik. 

İçimizdəki paxıllıq ağacının dibinə su tökürük, onu bəsləyirik, böyüməsinə vəsilə oluruq. Get-gedə içimizdə böyüyən o paxıllıq qığılcımları böyük şimşəklərlə əvəz olunur. Bir insanın xoş gününə insanımız sevinmir, əksinə ağız əyir, dodaq büzür. Birinin gözəl yaşamından məmnunluq hiss duya bilmirik, onun sevincini içdənliklə bölüşmürük. Niyə məndə də yoxdur hissini qəlbimizin dərinliyindən çıxara bilmirik. 

Yalanlar danışır, qeybətlər edirik, bu artıq yaşamımızın əyləncəsinə çevrilib. Darıxanda birinə zəng edib: "çay dəmlə gəlirəm biraz qeybət edək" deyirik.

Ədalətsizliklərlə dolu dünyamıza daha bir ədalətsizliyi biz özümüz daxil edirik. Çox rahatlıqla bir insanın haqqına girib, bunu isə adi bir hal kimi qarşılayıb özümüzə haqq qazandırırıq. Məmurundan tutmuş dilənçisinə qədər bu ölkədə, ədalətsiz davranışlar sərgiləyən insanlar nəfəs alır, su içir, torpağına ayaq basır. "Ədalət" kəlməsi sadəcə bir şəxsə verilən isim kimi qalıb, "-siz" şəkilçisi ilə birləşərək günümüzün aktual və acınacaqlı durumunu yaşadır insanlara.

İnsanlar, adətən, birinə dua edərkən həmişə "Allah ürəyindən rəhmini almasın" deyər. Bu gün qəlblərimizdə o rəhm yoxdur artıq, Allahmı alıb yoxsa özümüzmü itirmişik bəlli deyil.  Bir kömək istəyənə kiçik bir yardım etsək düşünürük, o dəqiqə ağlımızdan keçən fikir budur: gorəsən həqiqətənmi ehtiyacı vardı, yoxsa məni aldatdımı? İnsanlaın saflığından əmin ola bilmirik, fikirlərinin dürüstlüyünə inanmırıq. Möhürlü qəlblərə Allah rəhm salsın. 

Bəs yaxşı və pis insan anlayışına necə münasibət bildirək? hansı keyfiyətləri olan insana yaxşı insan kimi baxmaq olar? Ümumiyyətlə yaxşı insan meyarı varmı? Bütün bu suallar ümumilikdə insan qavramının tam dərk olunması və insan xarakterinin bütöv şəkildə necə formalaşmasını əks etdirən nüansdır. Bu mövzuda olan cavablar məncə bir az fərdi yanaşma tələb edir. Çünki bütöv cəmiyyətdəki insanlardan danışırıq, insan psixologiyası isə ayrıca bir elmdir. 

Bir insan birinə görə yaxşı ata, birinə görə pis qardaş, birinə görə yaxşı həyat yoldaşı, birinə görə yaxşı dost yaxud birinə görə pis iş yoldaşı ola bilir. Ona görə də cəmiyyətdə bu meyar bir şaxəli olaraq qəbul oluna bilməz. Bir insan yaxşı, eyni zamanda da pis tanına bilər. 

Bəs bu gün cəmiyyətimizin bu şəkildə, bu tendensiyalarla formalaşmasının və belə bir hala gəlib çıxmasının səbəbini nə ilə izah edə bilərik? Yaşam çətinliyi? Səmimiyyətsizliyin qabarıqlığı? Yoxsa sadəcə düşüncə dəyişikliyi? 

Əsas odur ki, biz içimizdəki səsdən rahatlıq duya bilək, gerisi önəmsizdir. Hər insan özü-özünə bu iç səsi ilə cavab verə bilsə cəmiyyətdə pis düşüncə, kinli qəlb, paxıllıq hissi azalar. İnsanın ən böyük xilasedicisi məhz özüdür. Gəlin cəmiyyətimizi və dolayısı ilə özümüzü xilas edək...


Aysel Abdullazadə 
01.06.2014

Yorumlar

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Tanışlıq mədəniyyəti...

Aysel Abdullazadə yazır: - Salam. Çox mənalı gözləriniz var. - O dərin baxışlarda itməkdən qorxuram. - Xanım, adınızın mənası nədir? - Bu gülün belə (430*250 ölçüdə qırmızı gül göndərir) gözəlliyiniz qarşısında boynu bükükdür.  - Çox gözəlsiniz, tanış olaqmı? - Söhbət edək, peşman olmazsan. - Şəkildəki özünsən? Əgər özünsənsə, qəşəng xanımsan.  - İdmançıyam, tanış olaq? Bu siyahını istənilən qədər uzatmaq olar, elə uzadırlar da... Sizlərlə cəmiyyətimizdə çatışmazlığı yüksək səviyyədə olan, amma əslində, insanlığın önəmli bir mövzusundan - tanışlıq mədəniyyətindən danışmaq istəyirəm. Bəli, tanışlığın da bir mədəniyyəti, özünə görə qəlibləri var. Ümumiyyətlə, hər şeydə bir sınır, bəlirli bir çərçivə olması gərəkdiyi qənaətindəyəm. Örnək kimi, "Allah salamı" dediyimiz ən isti kəlməni belə tanıdığımız, öncədən və ya sonrasında ünsiyyətdə olduğumuz, gərəkdirən durumlarda istifadə etdiyimiz bir gerçək... bu, qeyd etdiyim o çərçivənin bir misalla əyani göstəricisidir

Sevişmək və seks anlamı

Sevişmək və seks...   Bu iki ifadə ilk baxışda eynilik təzahürü yaradır. Sanki eyni bir nəsnə olaraq alqılanır. Hətta sinonim kimi də işlənə bilir. Lakin ən çox istifadə üstünlüyü sevişmək kəliməsindədir. İnsanlar bu sözü öz aralarında ümumiləşdirib ikisini bir anlamda istifadə edirlər. Çox az cütlüyə rast gəlmək olar ki, sevişmək istəyirəm yerinə sekslə məşğul olmaq istəyirəm tərzində cümlə qursun. Əslində oxşarlıq qaçınılmazdır, fəqət fərq də istisna deyil. Sevişmək başlanğıc, seks isə sondur. Kişi və qadın yapısında sevişmək və seksə keçid fərqli hiss olunur. Ön sevişmə həssaslıq tələb edir, qadın üçün daha əsas hesab edilən bu proses seksin mənbəyi və orqazmın yaşanması üçün əsas faktordur. Qadın və kişi hissləri fərqlidir, qadınlar toxunuşa daha çox önəm verirlər. Kiş də sevər toxunuşu, amma qadın qədər yox. Qadını zərif və incə toxunuşlarla ram etmək ön sevişmənin əsasıdır. Sevişmək sözü sığal, oxşamaq, toxunmaq,öpmək, bir sözlə hiss etmək kimi ifadələri özüdə iç

Kadının tarifi...

Bir kadın ne kadar güzel, kültürlü, zarif, dürst ve hoş olursa olsun, hırçın huzursuz ve asabise son derece iticidir. Hangi erkek böyle bir kadınla olmak ister? yanında lüzumsuz el-kol haraketleri ile, asabi mimiklerle, dişlerini sıkarak konuşan, her an patlamaya hazır bir bomba ile ne kadar huzurlu ve mutlu ola bilirsiniz? Şık giyinmek de önemlidir ama zarafet daha önemlidir. İnsan yaratılış itibarile hantal olabilir. Öyle ölçülü, öyle toplu yürüyen hanımlar vardır ki, onların yürüyüşlerini bile seyr etmek ruha huzur verir. Hele onlarla yürüyüşe çıkmak ne kadar mutlu eder insani. Yere basışlarındaki yumuşaklık, adımlarındakı acelesiz, huzurlu tempo ruhu rahatlatır. Zarafet kadını şiirleştirir.  Ne kadınlar vardır tesettürlü de olsalar süzülür gibi, dans eder gibi yürürler. Bir bardak su verirken bardağı deyil, dünyaları uzatırlar insana. Hizmet önemli deyil, sunuş önemlidir. Yumuşak, hoş bir haraketle, gözlerinin içi gülerek, saygı ve sevgi dolu bir bakışla uzatılan bar