Ana içeriğe atla

Yaşananlar....


Dəfələrlə hiss etdiyim bir şeyin bu günlərdə mənim düşündüyüm kimi olduğunu dəqiqliklə anladım. Hamımızın ailəsi var və ailəmizi sevirik. Lakin mövcud bir durum hakimdir, heç kimsə səni özün qədər anlamağa müvəffəq deyil. Sən öz vicdanınla üzləşirsən, səhvini və düzünü dilə gətirməsən belə daxilində necə olmasından əminsən. Ən yaxın bildiklərimiz, hətta ailəmiz belə bəzən bizi anlamır, daxilimizdəkiləri sezə bilmir, qopan fırtınanın səsini eşitmir.

Onların işi sadəcə səni yargılamaqdır, səhvlərini təkrar-təkrar sənə söyləməkdir, yerli-yersiz zamanında etdiklərini "başına vurmaqdır". Bəs səni kim anlayacaq? Kim sənə mənəvi dayaq olacaq? Səni səhvlərinlə, xətalarınla kim sahiblənəcək?
Yaşanan olaylar həyatın bir hissəsidir, buna görə səni bu qədər sıxmağa kimin haqqı var? Nədən yıxılanın əlindən tutub qaldırmağı onu acılamaqla, səhvini başına çırpmaqla edir yaxınlarımız? Bəyəm düşünmürlər ki, bu sözlərlə onu daha da ruhdan salıb, yaşamaq eşqini boğub öldürürlər? Yaşam yanlış və doğrulardan ibarətdir, hər iki qavram da insanoğlu üçündür. Allah insanları bağışlayıb doğru yola yönəldirsə, bəndələr özünü onu Yaradandan üstün bilir? İnsanlarda önyargı niyə belə güclüdür? 
Məgər, çətinliyə düşməyi insan özü bilə-bilə seçir? Bu suallara cavab tapa bilmirəm cəmiyyətimizin psixologiyasinda. Yıxılana bir balta da sən vur deyə bağırmaq gəlir içimdən.... 

Nə ailə, nə yaxınlarımız bizi olduğumuz kimi qəbul edir. Sevmək, yanında olmaq məhz səhvi ilə sənə sahib çıxandır, yargılamağa hər kəs hazırdır, bəs yanında olmağa, sənə əl uzadıb ayağa qaldırmağa, səni yenidən həyata qaytarmağa, sənin xoşbəxtliyinə çalışmağa? Olan mövcuddursa onu "sənin yaxşılığını istəyirəm" başlığı altında mənən səni əzməsi mənim nəzərimdə yaxşılıq deyil, olanı qaytarmaq mümkünsüzdür, bunu bilə-bilə eyni şeyləri təkrarlamaq sənin mənəviyyatını zorlamaqdır, ona təcavüz etməkdir.

Önünə baxmaq,  sadəcə yaşananlardan dərs almaqla həyatını daha sağlam şəkildə davam etmək gərəkir. Çünki sən ayaqlarının üzərində ayaqda durmaq üçün buna məcbursan. Səni səndən başqa kimsə xilas etməyəcək.... Yeni həyata yeni ümidlərlə...


Aysel Abdullazadə
25.04.2014

Yorumlar

Bu blogdaki popüler yayınlar

Tanışlıq mədəniyyəti...

Aysel Abdullazadə yazır: - Salam. Çox mənalı gözləriniz var. - O dərin baxışlarda itməkdən qorxuram. - Xanım, adınızın mənası nədir? - Bu gülün belə (430*250 ölçüdə qırmızı gül göndərir) gözəlliyiniz qarşısında boynu bükükdür.  - Çox gözəlsiniz, tanış olaqmı? - Söhbət edək, peşman olmazsan. - Şəkildəki özünsən? Əgər özünsənsə, qəşəng xanımsan.  - İdmançıyam, tanış olaq? Bu siyahını istənilən qədər uzatmaq olar, elə uzadırlar da... Sizlərlə cəmiyyətimizdə çatışmazlığı yüksək səviyyədə olan, amma əslində, insanlığın önəmli bir mövzusundan - tanışlıq mədəniyyətindən danışmaq istəyirəm. Bəli, tanışlığın da bir mədəniyyəti, özünə görə qəlibləri var. Ümumiyyətlə, hər şeydə bir sınır, bəlirli bir çərçivə olması gərəkdiyi qənaətindəyəm. Örnək kimi, "Allah salamı" dediyimiz ən isti kəlməni belə tanıdığımız, öncədən və ya sonrasında ünsiyyətdə olduğumuz, gərəkdirən durumlarda istifadə etdiyimiz bir gerçək... bu, qeyd etdiyim o çərçivənin bir misalla əyani göstəricisidir

Sevişmək və seks anlamı

Sevişmək və seks...   Bu iki ifadə ilk baxışda eynilik təzahürü yaradır. Sanki eyni bir nəsnə olaraq alqılanır. Hətta sinonim kimi də işlənə bilir. Lakin ən çox istifadə üstünlüyü sevişmək kəliməsindədir. İnsanlar bu sözü öz aralarında ümumiləşdirib ikisini bir anlamda istifadə edirlər. Çox az cütlüyə rast gəlmək olar ki, sevişmək istəyirəm yerinə sekslə məşğul olmaq istəyirəm tərzində cümlə qursun. Əslində oxşarlıq qaçınılmazdır, fəqət fərq də istisna deyil. Sevişmək başlanğıc, seks isə sondur. Kişi və qadın yapısında sevişmək və seksə keçid fərqli hiss olunur. Ön sevişmə həssaslıq tələb edir, qadın üçün daha əsas hesab edilən bu proses seksin mənbəyi və orqazmın yaşanması üçün əsas faktordur. Qadın və kişi hissləri fərqlidir, qadınlar toxunuşa daha çox önəm verirlər. Kiş də sevər toxunuşu, amma qadın qədər yox. Qadını zərif və incə toxunuşlarla ram etmək ön sevişmənin əsasıdır. Sevişmək sözü sığal, oxşamaq, toxunmaq,öpmək, bir sözlə hiss etmək kimi ifadələri özüdə iç

Kadının tarifi...

Bir kadın ne kadar güzel, kültürlü, zarif, dürst ve hoş olursa olsun, hırçın huzursuz ve asabise son derece iticidir. Hangi erkek böyle bir kadınla olmak ister? yanında lüzumsuz el-kol haraketleri ile, asabi mimiklerle, dişlerini sıkarak konuşan, her an patlamaya hazır bir bomba ile ne kadar huzurlu ve mutlu ola bilirsiniz? Şık giyinmek de önemlidir ama zarafet daha önemlidir. İnsan yaratılış itibarile hantal olabilir. Öyle ölçülü, öyle toplu yürüyen hanımlar vardır ki, onların yürüyüşlerini bile seyr etmek ruha huzur verir. Hele onlarla yürüyüşe çıkmak ne kadar mutlu eder insani. Yere basışlarındaki yumuşaklık, adımlarındakı acelesiz, huzurlu tempo ruhu rahatlatır. Zarafet kadını şiirleştirir.  Ne kadınlar vardır tesettürlü de olsalar süzülür gibi, dans eder gibi yürürler. Bir bardak su verirken bardağı deyil, dünyaları uzatırlar insana. Hizmet önemli deyil, sunuş önemlidir. Yumuşak, hoş bir haraketle, gözlerinin içi gülerek, saygı ve sevgi dolu bir bakışla uzatılan bar