Ana içeriğe atla

Cəmiyyətin ən böyük sorunu


Bir mövzu günlərdir diqqətimi çəkir. Sevgi... 

Daha doğrusu, oğlanların qızlara qarşı olan "təmənnalı sevgisi"... Cəmiyyətdə son vaxtlar kişilərin psixologiyasında belə bir hal yaranıb. İki insan tanış olur, ünsiyyət qurur və getdikcə bu münasibət dərin hisslərlə "sevgi" adı altında davam edir. Görüşlər, zənglər, gəzintilər öz yerində, iki sevgili təbii ki, bu gözəllikləri yaşamalıdırlar. Sevənlər arasında həmişə qızlar daha dərin hisslərlə sevirlər, çünki qadın sevgisi daha emosional, daha məsum və daha içdən olur.

Lakin bir müddət keçdikdən sonra oğlanlar tərəfindən münasibətə bəzi fikirlər irəli sürülür. Onların fikrincə, dediklərində haqlıdırlar və bu qaçınılmaz bir reallıqla bağlı fikirdir. Oğlanlar tərəfindən münasibətə əlavə olunacaq fikir nədən ibarətdir? Bəlkə də artıq çoxlarınız bunu təxmin etdiniz, çünki toplumda olan bu növ psixologiyalı insanların mövcud olmasını hamımız az-çox görə və duya bilirik. Sevdiyim dediyi qıza oğlan tərəfindən irəli sürülən fikir onların birlikdə olması, daha doğrusunu desək, oğlanın öz bioloji tələbatını ödəmək istəməsidir.

Bunun üçün sevirəm dediyi qıza "bakirəliyinə toxunmadan" sevişmək təklifini edən oğlan öz fikrini, öz aləmində əsaslar gətirərək, hətta doğrulamağa da cəhd edir. "Bəs mən başqası ilə birlikdə olsam sən bunu necə qəbul edərsən? Mən sənə xəyanət
 etmək istəmirəm, amma mənimdə tələbatım var bir kişi kimi, ona görə də səni istəyirəm və sevdiyim üçün hisslərimi səninlə bölüşmək istəyirəm".

Bu düşüncələrin ağuşunda sürüklənən qızlar isə sevdiklərini itirməmək üçün bəziləri razılaşır, bəziləri isə israrla olmaz dediklərinə görə o çox sevən oğlanlar tərəfindən tərk edilir. Hər şeyi bir kənara qoyaq, məsələni başqa bir istiqamətə daşımaq istəyirəm. Tutaq ki, bu cür düşünən oğlan sevdiyi qızla hisslərini də paylaşmaq istəyir və zorlama olaraq deyil, təbii ki, iki tərəfin də razılığı ilə bu yaşanır. Amma bir müddətdən sonra bu qız həmin sevdiyi oğlan tərəfindən bu və ya başqa bir mövzu ortaya atılaraq tərk edilir.

Səbəb isə başdan bəlli idi, çünki oğlan istədiyinə nail olmuş və artıq bu münasibətdən sıxılmışdır. Yeni macəralar axtarışındadır. Amma bir məsələ daha var. Bu psixologiyada olan, iyrənc düşüncəsi ilə cəmiyyəti sarmış, özünə "kişi" deyən biri evlənmək vaxtı gələndə bakirə, heç kimlə görüşməyən, danışmayan bir qız axtarışında olur. Anadan olandan bəri qızın nəslini-kökünü araşdırmaqla ailə quracağı qızın təmizliyinə xüsusi önəm verir.
Bəs buna deyən yoxdur ki, o sevirəm deyərək yatağa dəvət etmək üçün min cür şirin vədlərlə aldadıb, istəyinə çatandan sonra tərk etdiyin qızlar neynəsin? Sənin kimi şərəfsizə inanib, aldanıb özünü təslim edən təmiz qızları bu cür alçaqlıqla adını ləkələyən SƏN indi ailə qurmaq üçün niyə bakirə, təmiz, hətta heç bir oğlanla danişmayan qız axtarırsan? Hətta ayrılandan sonra bir zamanlar sevirəm dediyin qızı soruşan dostlarına fahişə kimi qələmə verən bu mənəviyyatsız, kişilikdən xəbəri olmayan kişiciklər utanmır, görəsən?!

Onlar vicadanlarına necə cavab verəcəklər bəs? Sabah həmin etdiyi hərəkəti onun bacısına, yaxınlarına, hətta vaxt gələr öz qızına da biri yaşadar deyə fikirləşmir? Cəmiyyətdə bir qadına fahişə demək adiləşib artıq. Namus mücəssəməsi tək qadın deyil! Namus deyiləndə qadın yada düşməməlidir.

Namus hər iki cins üçün keçərlidir. Yalnız qadının bakirəliyi ilə namus ölçülmür. Namus iç məsələsidir. Çünki namus qadının ayaqları arasında deyil, RUHUNDADIR! Fahişəlik isə bəzilərinin könüllü məsləyi hesab olunsa da, onların da bunu məslək halına gətirmələrinə hər hansı bir kişinin "əməyi" olub.

Çünki fahişə tək başına fahişəlik etmir. Bədəni ilə fahişəlik edən edən qadınlardan, onların o bataqlıqda olmasını qınayan və ora sürükləyən ruhu fahişə olan kişilər cəmiyyət üçün daha acınacaqlıdır!


Aysel Abdullazadə
15.03.2014

Yorumlar

Bu blogdaki popüler yayınlar

Tanışlıq mədəniyyəti...

Aysel Abdullazadə yazır: - Salam. Çox mənalı gözləriniz var. - O dərin baxışlarda itməkdən qorxuram. - Xanım, adınızın mənası nədir? - Bu gülün belə (430*250 ölçüdə qırmızı gül göndərir) gözəlliyiniz qarşısında boynu bükükdür.  - Çox gözəlsiniz, tanış olaqmı? - Söhbət edək, peşman olmazsan. - Şəkildəki özünsən? Əgər özünsənsə, qəşəng xanımsan.  - İdmançıyam, tanış olaq? Bu siyahını istənilən qədər uzatmaq olar, elə uzadırlar da... Sizlərlə cəmiyyətimizdə çatışmazlığı yüksək səviyyədə olan, amma əslində, insanlığın önəmli bir mövzusundan - tanışlıq mədəniyyətindən danışmaq istəyirəm. Bəli, tanışlığın da bir mədəniyyəti, özünə görə qəlibləri var. Ümumiyyətlə, hər şeydə bir sınır, bəlirli bir çərçivə olması gərəkdiyi qənaətindəyəm. Örnək kimi, "Allah salamı" dediyimiz ən isti kəlməni belə tanıdığımız, öncədən və ya sonrasında ünsiyyətdə olduğumuz, gərəkdirən durumlarda istifadə etdiyimiz bir gerçək... bu, qeyd etdiyim o çərçivənin bir misalla əyani göstəricisidir

Sevişmək və seks anlamı

Sevişmək və seks...   Bu iki ifadə ilk baxışda eynilik təzahürü yaradır. Sanki eyni bir nəsnə olaraq alqılanır. Hətta sinonim kimi də işlənə bilir. Lakin ən çox istifadə üstünlüyü sevişmək kəliməsindədir. İnsanlar bu sözü öz aralarında ümumiləşdirib ikisini bir anlamda istifadə edirlər. Çox az cütlüyə rast gəlmək olar ki, sevişmək istəyirəm yerinə sekslə məşğul olmaq istəyirəm tərzində cümlə qursun. Əslində oxşarlıq qaçınılmazdır, fəqət fərq də istisna deyil. Sevişmək başlanğıc, seks isə sondur. Kişi və qadın yapısında sevişmək və seksə keçid fərqli hiss olunur. Ön sevişmə həssaslıq tələb edir, qadın üçün daha əsas hesab edilən bu proses seksin mənbəyi və orqazmın yaşanması üçün əsas faktordur. Qadın və kişi hissləri fərqlidir, qadınlar toxunuşa daha çox önəm verirlər. Kiş də sevər toxunuşu, amma qadın qədər yox. Qadını zərif və incə toxunuşlarla ram etmək ön sevişmənin əsasıdır. Sevişmək sözü sığal, oxşamaq, toxunmaq,öpmək, bir sözlə hiss etmək kimi ifadələri özüdə iç

Kadının tarifi...

Bir kadın ne kadar güzel, kültürlü, zarif, dürst ve hoş olursa olsun, hırçın huzursuz ve asabise son derece iticidir. Hangi erkek böyle bir kadınla olmak ister? yanında lüzumsuz el-kol haraketleri ile, asabi mimiklerle, dişlerini sıkarak konuşan, her an patlamaya hazır bir bomba ile ne kadar huzurlu ve mutlu ola bilirsiniz? Şık giyinmek de önemlidir ama zarafet daha önemlidir. İnsan yaratılış itibarile hantal olabilir. Öyle ölçülü, öyle toplu yürüyen hanımlar vardır ki, onların yürüyüşlerini bile seyr etmek ruha huzur verir. Hele onlarla yürüyüşe çıkmak ne kadar mutlu eder insani. Yere basışlarındaki yumuşaklık, adımlarındakı acelesiz, huzurlu tempo ruhu rahatlatır. Zarafet kadını şiirleştirir.  Ne kadınlar vardır tesettürlü de olsalar süzülür gibi, dans eder gibi yürürler. Bir bardak su verirken bardağı deyil, dünyaları uzatırlar insana. Hizmet önemli deyil, sunuş önemlidir. Yumuşak, hoş bir haraketle, gözlerinin içi gülerek, saygı ve sevgi dolu bir bakışla uzatılan bar