Ana içeriğe atla

Kayıtlar

Sevgi duam...

Yaşadığın şəhərin günəş çıxışıdı qibləm.  Dodaqların möhür daşım,  qolların səccadəmdi.  Sən Tanrı ilə söhbətim qədər məhrəm, Göylərə qalxan sevgi duamsan… Aysel Abdullazadə...

Məni cəlb edən insan tipi...

Seksist yanaşmayacam. Kişi və ya qadın daxilən maraqlı olmasa, qarşısındakı insan üçün sönük olur. Bu sönüklük də istənilən münasibətdə soyuqluq, yetərincə qızışmayan, sərin bir sərhəd yaradır. Bir qadın olaraq çıxış edirəm. Kişi maraqlı deyilsə, onu mənə nə bağlaya bilər? İlişkidə ən başlıca şeylərdən biri maraq axtarmaqdır. Partnyoru kəşf etməkdir. Kəşf ediləcək nəsə yoxdursa, o ilişki məhvə məhkumdur. Ortaq maraqlar olmasa da olar. Önəmli olan fərdi maraqların olmasıdır. F ərdi maraq dairəsi birlikdəlik yarada bilir. Mən qadınam. Qarşımdakı kişinin mizah anlayışı yoxdursa, bu iş olmaz. Gülmək üçün bəhanə yox, səbəb lazımdı. O səbəb isə fikir istehsalı tələb edir. Bir kişinin hər hansı bir elmi sahədə biliyi yoxdursa, o insan həyatda yer tapmamış deməkdir. Məsələn, coğrafi biliyi geniş olan, ədəbiyyat marağı dərin olan, tarixi sevdiyi üçün daim araşdıran, riyazi dərinlikləri çəkib-çevirən və.s kimi dərin qatlara enməyi bacaran kişi 1:0 öndədir. Bir kişi, çalışdığı və ya...

Yalnızlığa alışmış biri...

Yalnızlığa alışmış biri heç vaxt yalnızlığını yarı yolda buraxmaz. Yalnızlıq qoxan birinin öz dünyası, öz xəyalları, dəyişik yaşamı vardır. O, öz dünyasına minlərlə insanın içindən gedər, hüzuru, sakitliyi orada tapar. Həyatı, kənardan monoton görünsə də, digər insanların yaşamından daha fərqlidir. Yalnızlığı yaşaya bilən biri özünü yaşamağı bacarır deməkdir. Yalnızlığa alışan qadının evində hər şeyin yeri sabit olar. Mətbəxindəki stəkanların, fincanların durduğu yer daimidi r. Hara nə qoyduğunu gözüyumulu tapa bilər yalnızlıq qoxan qadın. Yalnızlıq ətirli kişilərin siqareti daima pəncərə kənarında olar. Xəyalları da o pəncərədən asılıdır həmişə. Yalnızlığa alışan birinin içində bir gəmi vardır limanına sadiq. Getdiyi yer və dayandığı liman onun yaşamını bəlirləyən A və B nöqtələridir. Getmək deyil də, o liman onlar üçün çox önəmlidir. Və sən də o gəmidə yol alaraq o limana sığınmış biri isən sənin də önəmin daima qalıcıdır. Yalnızlığa alışan biri qələbəliyi sevməz məsələ...

Ne güzelsin, Bakü...

Ne güzelsin, Bakü! Bu şık, parlak görünümün insanın içini nasıl eritiyor,  bir bilsen.  Güneş ne güzel parlar üzerinden,  Yağmur ne muazzam incelikle yağar üzerine… Utanır Güneş kor ateşiyle seni ısıtmaya,  utanır Yağmur toprakla birleşip üstüne çamur atmaya,  utanır rüzgar seni yalnız bırakmaya. Bakü, rüzgar şehridir. Gece oldumu ışıklara boyanır caddelerin,  o ışıklar altında mutsuz insanlar içinin en kuytu köşesinde spot ışıklar kurar,  renklendirir mavilikleri senin parlaklığın. O caddelere sevgililerin gölgesi düşer,  ele-ele tutuşmaları 3D resim gibi çizilir. Ah, be Bakü, ne muhteşemsin! Kim bilir,  yarım kalmış kaç sevgi bıraktın sokaklarında,  yağmurunda kaç iki kişilik şemsiyeler tek adamlık olarak kaldı,  yarım bırakıldı.  Karında sevgisizlikden donan kaç insan öldü?!  Rüzgarın kimine sevgi tohumları septi, kimine ayrılık… Ah, be Bakü, kahretsin, bu kadar güzel olmak zoru...

Bir günah işle...

Bir günah işle Mesela, aşık ol bana. Dağıtsın sevdan alemleri Aysel'in kara sevdalısı desinler Görenler. İnsan izdihamı olan her yerde Konuşulsun bu günahın vebali. Yarısı sana yazılsın bu sevdanın günahı Yarısı benim boynuma. Bir günah işle Mesela, küfürle başla güne. Seni anlamayan, Seni duyamayan her kese Yağdır kurşun gibi Sövmelerini. Sensiz çıkan güneşin şafaklarını ezeğim- De... Beni anlamayan bu memleketin ortasına Düşmanlarımın kalesi kurulsun - De... Beni mutsuz kılan bu hayatın bacaklarını Ortadan ikiye ayırayım - De... Bir günah işle Mesela, bir kadeh rakıyla Tüm sevemediklerinin şerefine içerek Kahkaha at. Bir günah işle Yaşanan ve geride kalan herşeye Bu gün de dahil olmakla Siktir et, de. Bir günah işle... Aysel Ateş

Mən ayrılıqların qadınıyam!

Mən ayrılıqların qadınıyam Məni şərqilərdə sev, Məni şeirlərdə sev... Kaman səsindəyəm, bəzən duymadığın azanda. Ney səsində, bilmədiyin bir küçə musiqisində iniltiyəm. Barmaqlarım kədər çalır həyatın siyah-bəyaz dillərində. Saçlarımın hörüyündə neçə dilsiz bəstə yatır kəsilməyə məhkum. Mən ayrılıqların qadınıyam! Rakı masasında səslənən qərib mahnıdayam. Ağlayan şeirdə yaşayıram. Gülüşü bol ortamın məzə tabağıyam. Qan qırmızı şərabın qədəhdəki son damlasıyam. On illik bir eşqin sonundakı nidasıyam. Mən ayrılıqların qadınıyam! Mövsümün sonbahar çağındayam. Yaşıl yarpağın saralmış tərəfi, bir qurtum su, bir ovuc torpaq və ruhsuz bədəndəyəm. Küsmüş duyğular yatır sinəmin ən isti köşəsində. Bəyazlayan saçım danışır mənim yerimə. Bahardan umacağım yox, Güllərə ümidsiz baxan yaşdayam. Yuxularımı suya danışıram. Röyalarım da ayrılıq qoxur. Yozumlara inanmağı unudan yaşdayam. Dedim axı - Mən ayrılıqların qadınıyam! Məni şərqilərdə sev, Məni şeirlərdə sev... Aysel Ateş Abdu...

Onlar həm müəllim, həm də ömür-gün yoldaşıdır...

Ən şərəfli peşə - müəllim! Gözümü açan gündən evimizdə şagirdlər görmüşəm. Anam danışır ki, hələ bələkdə olan körpə vaxtlarımda ağlamağım eşidilməsin deyə məni qucağında gəzdirirmiş. Atam o vaxtdan məktəbdə dərs deməklə bərabər repetitorluqla məşğul idi. Bir otaqlı evimizdə şagirdlərə özəl dərs verən atam bizi bu şərəfli peşənin qazancı ilə böyütmüşdü. Ömrünün otuz yeddi ilini öyrətməyə sərf edən, öyrətməklə bərabər öyrənməyin də önəmini unutmayan öyrətmənlərdən idi Nizami müəllim. Nizami Abdullayev 01 oktyabr 1957-ci ildə zəhmətkeş ailəsində doğulub. 1975-ci ildə Tovuz rayon A.S.Puşkin adına orta məktəbi əla qiymətlərlə bitirərək Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsinə qəbul olur. Ali təhsilini fərqlənmə ilə başa vuraraq Tovuz rayonununa təyinatla müəllim olaraq göndərilir. İlk müəllimlik fəaliyyətini ucqar bir kənddə başlasa da, riyaziyyat fənninə olan xüsusi sevgisi ona peşəsində irəliləməkdə əvəzsiz yardımçı olur. Rayon mərkəzindəki məktəblərin birində...