P.S: Real yaşanmış həyat hekayəsi... Yaşam və yaşanmışlıqlar insanı formalaşdıran ən önəmli faktordur. Hər insanın yaşadıqları, onun necə biri olmasında mühüm rol oynayır. Mən də sizlərlə yaşadığım həyatımı paylaşıram. Ta ki, bu günümə qədər olan həyatımı… Adım Nəzrindir. 1987 doğumluyam. Azərbaycanın bir bölgəsində doğulub böyümüşəm. Ziyalı ailədə dünyaya göz açmışam. Anam müəllimə, atam isə ali təhsilli olsa da, ixtisası üzrə işləməyən biri idi. Atam haqqında uzun danışacam. Yuxarıda dediyim kimi, bugünki həyatım, atamın mənə sunduğu yaşamdır. Təəssüf ki, insan dünyaya gələndə yaşamını özü bəlirləyə bilmir. ...Atamla anam qohumdurlar. Mən doğulanda atam yanımızda olmayıb, Rusiyada yaşayırmış. Amma arada gəlib-gedirmiş. Anama qazancından heç vaxt heç nə verməyib, özü üçün həyatını yaşayan biri idi atam… Düşündüyü təkcə özü idi. Buna baxmayaraq, anam mənə görə atama hər şeyi keçib, həyata bu şəkildə davam edib. Anam məni təkbaşına, öz zəhməti ilə böyüdüb. Mən özümü bildim-bi...
Filoloq, Yazar və Jurnalist Aysel Abdullazadə "gülün özəlliyi" adlı bloqunda öz qələmindən olan yazıları yayınlamaqdadır.