Ana içeriğe atla

Kayıtlar

Hamı kimi olma...

Hamı kimi olma... Məsələn sən yağmuru sevdiyin kimi, palçığı da sev, ya da kəskin soyuqda yağan qarı... Sakit, mülayim havanı hamı sevər, məsələn, sən fırtınanı sev.  Baharı deyil də, qışı sev. Unutmağı hər kəs bacarmır, sən elə gözəl unudarsan ki... Unudulanın ruhu belə incimədən unut. Ya da dəlicəsinə sev, elə sev ki, sevilən sevgindən dəliyə dönsün... Anidən şəhəri tərk elə, məsələn, heç düşünmədiyin bir şəhərə get səssizcə. Amma hamı kimi dönüşsüz olma, tərk edilişin bir də geriyə dönüşü olsun. Ya da sıradan bir gündə dəlilik eylə, məsələn yüksək mərtəbəli bir binanın ən sonuncu qatına çıx saatlarla ayağının altındakı şəhəri seyr et. Bir gecə yarısı qonşu binada işığı hələ sönməyən bir pəncərədən boylanan adamla göz-gözə gəl, bax sadəcə, gözlərini qırpma, qaranlığın şahidliyi ilə hüzur ver qarşındakına... Səssiz bir otaqda günlərlə sus, danışma, sadəcə hiss et. Bir səhər oyandığında içdən bir mahnı oxu, düşünmə səsin yaxşıdır, ya pis, nə fərqi var, sadəcə oxu. Sonrasında rəq...

Sən gələndə...

Sən gələndə Günəşin qızıl suyu  tökülməmişdi ovuclarımdan... Ayın yanağında yaşanmışlıqların bozumtul ləkəsi  yox idi hələ. Təbiətin yalnızca bir mövsümü vardı - bahar! Yarpaqlar saralmışlığı, torpaqlar palçığı tanımamışdı daha. Sən gələndə daha təmiz idi dünyamız, kədər sevməmişdi gülüşlərimizi və yanağım tanışmamışdı göz yaşları ilə. Sən gələndə gözlərim yaxınlara baxardı sevməzdi uzaqları. Bilməzdim içdən ağlamağı, səssiz gülməyi... Sən gələndə arzularım can verməmişdi daha, yaşar idi sol yanımda. Dünya tək mənim üçün fırlanardı oxu ətrafında. Sən gələnə qədər boynumdan asdığım mirvari diləklərim səpilməmişdi yerlərə. Və ümidlərim asmamışdı özünü saçlarımın ən nazik telindən. İndi səni təmiz dünyamın çirkli küncündə saxlamışam. Hər baxışımda səhvlərimin bir ayaq üstündə duruşu mənə öz ayaqlarım üzərində durmağa güc verir. İndi səni bir heç olaraq görürəm, sevinc alqışlarının səsi yoxdu içimdə. Səninlə fərqimiz vardı axı mən qadın idim, sənin isə cinsin kişi olaraq yazılmı...

Kişi gedişi...

Çoxmu üzülər, çoxmu qırılar ürəyi?! Getmək istəyirsə, anidənmi gedər, çoxmu soyuqqanlı davranar? Bir kişi hisslərini içində yaşayar, bir yük kimi omuzlarında daşıyar bu ağırlığı. Məsələn, darıxarsa, bunu bir qadının zəng açıb: "görüşək, sənin üçün darıxmışam" deməyi kimi yaşamaz, yalnızlıq qoxusu hopmuş mətbəxindən bir çay süzər, tənhalıq havalı eyvanında bir siqaret yandırar. Və bununla bir qadın özləmi qalxar göyə kişi dodaqların arasından. Bu özləm onu içindən yeyər, bitirər bir ağacı gövdəsindən yeyən qurd misalı... Bir kişi sevirsə, bunu çığlıqlarla anlatmaz sevdiyinə. Səssizca yaşayar, gurultulu sevgisini içində boğar. Məsələn, qadınına möhkəmcə sarılar və qoxusunu ciyərlərinə çəkər. Bu, onun ən möhtəşəm yüksəklikdəki sevgisinin bəlirtisi olar. O sarılışda o an şəhvət deyil, cəsarət hiss edər. Bir qadını sevməyin cəsarətini yaşayar. Bir kişi aşiq olduğu qadına tutqu ilə bağlanar, Tutqu olmazsa, aşiq deyilsən deməkdir. Tutqu, bir kişinin qadına yaşatdığı sevgidə...

Şeir yazmaq...

"Şeir yazmaq..." Şeir yazmaq - gecənin bir aləmində qələmi yorğanın etməkdir.  O qələmdən axan isti mürəkkəbi bəyaz kağızda soyutmaqdır. Şeir yazmaq - bəzən bir kişinin ürəyini ovutmaq, Sevgisini ovcunda sıxmaq Və gizli duyğularına bıçaq yarası açmaqdır. Şeir yazmaq - Hər insanın görə bilmədiklərini görməkdir. Hıçqırıqsız süzülən göz yaşlarını, Donmuş hisslərini, Həsrət küləyinin sovurduğu arzularını bir-bir yerlərdən toplamaqdır. Şeir yazmaq - Bir qadının ürəyinə yol tapmaqdı, Bir ananı sabaha inandırmaq, Bir körpəyə ümid bağlamaqdı... Şeir yazmaq - İçindən asılmış intihar kəndirində boğulmaq, Ayağın altındakı stulu qələminlə itələməkdir. Şeir yazmaq - bütün haqsızlıqlara hayqırmaq, günahlara əhv istəməkdir. Dilək diləmək, əhd etməkdir. Göylərdən səadət ummaq, Ovucları yuxarı baxan əllərə inam səpələməkdir. Şeir yazmaq - Misralarınla ibadət etməkdir,. Kağızın səccadə, qələmin möhür, Pozanınla üzü qibləyə dayanmış arınmağa hazır insan olmaqdır. Şeir yazmaq...

Baharı-Qışı gözləmək...

Bir qədəhin dibində qan qırmızı şərab, qaranlıq otağı bəyaz işığa boyayan Ayın nazlı süzülüşü, yanan odun çartırtısı, bayırdakı qar dənələrini qovan rüzgar uğultusu ilə qarışıb dodaqlarında udqunmaq üçün qışı gözləyirəm... Yaşıllıq içində çiçəkləyən bir ərik ağacının ağ çiçəklərindən saçına çələng hörmək, ilıq günəşin partıltısında baxışlarını qucaqlamaq, yağmur sonrası torpaq qoxunu ciyərimə doldurmaq üçün baharı gözləyirəm... 23.09.2017

Dəniz üçün...

Var olmağın üçün bütün qəlbimlə tələsirdim... Yeni ayda səni gözləyirdim - usanmadan, yorulmadan, ümidlə... Və o gün - səhərin altısında varlığının sevincini yaşadıq, səssizcə bir-birimizə sarılıb ağladıq... Bütün bədənimi titrətmişdin, susmuşduq, çaşmışdıq, bu hissi belə yaşamışdıq... Bir zaman sonra var olmağını ən incəlikləri ilə hiss etdirməyə başladın. Sanki "mən burdayam" deyirdin. Ən sevdiyim yeməklər boğazıma düzülmüş, ən sevdiyim qoxular zəhərli tüstü kimi ciyərimi acıdırdı. Olsun... varlığın hər şeyin ötəsində idi. Daha kim olduğunu bilmədən bu qədər həyəcanla gözləyirdik səni. Hər alışverişdə o kiçik vücudunu xəyal edib əlbisələrini almadan keçməzdik. Daha gəlmədən hər şeyin olmuşdu... O gün - varlığını bildiyimiz gün qədər həyəcanlı idi kim olduğunu öyrənmək. Bir qızınız olacaq demişdi uzist həkim... Bir qızımız olacağını bilmək sevinci səmanın ən uca qatına qaldırmışdı bizi... Artıq bizi biz edən SƏN idin. Adını belə qoymuşduq, adınla səslənir, adınla sevirdik ...

Ümid dolu ümidsizliklər...

Qarşısında boz rəngli ümidlərin səpələndiyi masa Və bir də yanağındakı çuxura dolmuş damlalar ilə dərdləşirdi bir qadın... Səssizliyin çığlığından qulaq tutulurdu. Nə idi düşündüyü? Yaşantılar, Aldanışlar, Ümid dolu ümidsizliklər, Bir də solmuş vədlər... Bir qadının sağalmaz yarasıdır Ona qarşı deyilib də tutulmayan sözlər... Bir qadın ümidini itirdiyi vaxt acizləşir, gücsüzləşir. Bir qadın aldadıldığı zaman tükənir.. Sakit nəzərlərlə masadakı ümidsizliklərini topladı... Yanağındakı damlaları əlinin tərsi ilə boşaltdı, Və qadın ayağa durdu. Bu duruş gücünü göstərdi ona... Bir qadın aldadıldığı vaxt güclənir Pəncərə kənarındakı məsum varlığa baxdı - Övladına... Hər şeyi sıfırlayıb yenidən ən başa qayıtdı. O gün o qadın qazandıqlarının fərqinə vardı, O gün o qadın nə qədər güclü olduğunu anladı... anladı... O gün hər şey o qadın üçün yenidən başladı. Və o gün o qadın bir şeyi öyrəndi - Qadın ana olduğu zaman güclüdür... 04.02.2017