Bu günkü müsahibim pedaqoq, yazar Aysel Abdullazadədir... - Salam canım, necəsən? - Salam... Şükür Allaha, yaşayırıq. - İşlər və həyat necə gedir? - Axarı ilə, getməsi gərəkən yolla gedir. - Özün, həyatın, yaşamın və iş fəaliyyətin barədə bizə danışasan bəlkə? - Özüm yaxşıyam. Həyatım da mən yaxşı olduğum müddətcə yaxşıdır (gülür). İş fəaliyyətim də davam edir, yazılar, şeirlər, yazmaq və yazmaq... Kitab üzərində işləyirəm. Yaxında nəşr olunacaq. - Nə baş versə, Aysel tam xoşbəxt olar? - Aysel xoşbəxtdir, ümumiyyətlə, tam xoşbəxtlik anlamı yoxdur. Nisbilik var bu qavramda. An etibarilə yaşanan bir nəsnədir və mən an etibarilə xoşbəxtəm. Təbii ki, xoşbəxtliyimi artıracaq arzularım var ki, gerçəkləşməyini istəyirəm. - Aysel güvəndiyinimi sevər? Sevdiyinəmi güvənər? - Mənə güvən verməyən adamı sevə bilmərəm. Məndə sevmək anidən olmur, olmaz. Yaradılar, sevgi nələrinsə üzərində qurulur, mütləq bir özülü olur. Mənim üçün o özül - bünövrə güvən və sayğıdır. - Güvəndən söz...