Ana içeriğe atla

Kayıtlar

İnsan olaraq alqıladıqlarımız...

Nə qədər dayanıqlıyıq? Özümüzdən soruşa bilirikmi bu sualı? İnsan olaraq bizlər fərqliyik. Fərqli yaradılmışıq. Duyğu və düşüncələrimiz var. Acımasızıq çox zaman. Adətən də eqoist ... Həmişə istəyirik qarşımızdakı bizi anlasın, dinləsin, istədiklərimizi  etsin, həmişə haqlı çıxaq. Mənim sözüm keçsin. Mən, mən, mən olum. Həmişə bir gözləmə içərisindəyik. Həmişə müdafiəçi... Həmişə iddiaçı... Niyə bir addım atmaq çətin gəlir ki bizə? Niyə yanaşmaqdan qaçırıq? Qürurumuz mu incinər? Kiçik mi görünərik? Yox, heç bir yerimizə bir şeylər olmaz. Yetər ki, etmək istəyək və etmək üçün səy göstərək. Etmirik amma... İstəmirik... İşimizə gəlmir, əslində... Ətrafımda olan insanlar həmişə bir şeylərdən şikayətçidirlər. Zaman-zaman mən də elə oluram. Həll etmək əvəzinə şikayətlərimizi çoxaldırıq. Dayanıb düşünmürük, anlıq hərəkət edirik. Sinirlərimiz davamlı gərgindir. Həmişə bir təcavüzkarlıq halındayıq. Həmən dartışmağa başlayırıq. Hirsimizə məğlub oluruq çox zaman. Nə olur sonra...? ...

Sərxoş qadın...

Qadın, Bir əlində viski, Digərində siqaret. İşıltılı işıqlar altında, Acınacaqlı halda. Sərxoş kişilərə, Məzə olurdu bədəni Üç beş qəpiyə ... Yeriyirdi tək başına, Adı bilinməyən küçədə. Bir "dost" əli uzansa, Qalacaqdı orada. Hava soyuq idi. Kimsə yox idi. Akbabalardan başqa. Halbuki səni möhtəşəm qılmışdı Yaradan. Sən isə, İnadına Fərqim yox deyirdin Heyvandan ... Küfürlər edib sağa sola, Ləngərli addımlarla İtdi qaranlıqlarda Sərxoş qadın... 28.05.2015

...Sən gedincə

Sən gedincə Neçə rəngəm bu şəhərdə. Dəqiqə əqrəbdən neçədir deyə soruşur mən neçə dəfə gedə bilmədiyim yolları sayıram ovuclarımda. Sən gedincə Ağlım yeddidən başlardı saymağa Duman altı olur baxışlarım Beş barmağın hamısı bir deyil deyər Dördü unudardım yenə Haqqım üç deyə ikidən soruşardım Birin nə zaman gələcəyini. Sən gəlincə! Desəm ki Hələ unutdum. İnanma! 28.05.2015

...Qadın kimi Qadın!

Bir qadın nə qədər gözəl, mədəni, zərif, dürüst və xoş olursa olsun, tündxasiyyət, narahat və əsəbidirsə, son dərəcə, itələyicidir. Hansı kişi belə bir qadınla olmaq istəyər? Yanında lüzumsuz əl-qol hərəkətləri ilə, əsəbi mimikalarla, dişlərini sıxaraq danışan, hər an partlamağa hazır bir bomba ilə nə qədər dinc və xoşbəxt ola bilərsiniz? Qəşəng geyinmək də əhəmiyyətlidir, amma zəriflik daha əhəmiyyətlidir. İnsan yaradılış etibarilə kobud ola bilər. Elə ölçülü, elə toplu yeriyən xanımlar var ki, onların gedişlərini belə seyr etmək ruha dinclik verir. Hələ onlarla gəzintiyə çıxmaq nə qədər xoşbəxt edər insanı. Yerə basışlarındakı yumşaqlıq, addımlarındakı yavaş-yavaş, dinc temp ruhu rahatlaşdırar. Zəriflik, qadını şeirləşdirər! Nə qadınlar vardır örpəkli belə olsalar, süzülür kimi, rəqs edər kimi gedərlər. Bir stəkan su verərkən stəkanı deyil, dünyaları uzadarlar insana. 'Xidmət' əhəmiyyətli deyil, 'təqdimat' əhəmiyyətlidir. Yumşaq, xoş bir hərəkətli,...

"...Bəzən bir qatili sevərsən, bir oğrunu"

Zaman, insan fikirlərini dəyişməyə və təkmilləşdirməyə müvəffəq olan ən kəskin məfhumdur. Sevmək qavramı hələ orta məktəb dövründə mənim üçün fərqli bir anlam daşıyıdı. Düşünürdüm ki, sevdiyimiz insanlar mütləq yaxşı insanlardır, başqa cür ola bilməz, yaxşı olmasa, zatən, biz onları sevmərik, seviriksə mütləq yaxşıdırlar... Yetkinlik dövründə özümüzü dərk etsək də, bu, sadəcə başlanğıc mərhələ olduğundan tam əhatələnmir və fikirlərimizin dəyişikliyə uğrama ehtimalı çox yüksək olur. Zaman keçir, düşüncələr və formalaşmağa doğru addımlayan nəticələr fərqli olur. İnsanları səhvləri ilə, hətta yaxşı insan olmamaqları ehtimalını bilərək də sevə bilirik. Artıq anlayırıq ki, sevmək anlayışı qarşıdakına görə deyil, sənin içindəkilərə qarşı qoya bilmədiyinə görə təzahür edir. Hər şeyi ilə anlaşa bilmədiyimiz, səhvlərini gördüyümüz, yaxşı insan olmadığını bildiyimiz birini belə, dəlicəsinə bir tutqu ilə sevərik. Yalanları, xəyanəti, sədaqətsizliyi belə, bu sevgiyə qurban verib, sıfı...

"...Ana qoxusunu bilirdi təkcə, bir də ata qayğısını"

Bir qadın bətninə körpəsi düşən andan etibarən müqəddəs adın- ana adının daşıyıcısına çevrilir. Xəyallar qurar, hələ bətnində olan körpəsini əzizləyər, onunla danışar, işıqlı dünyaya gələcək olan balasına dair planlar düşünər... Günay da, ana olacağını bildiyi andan bu hissləri keçirmişdi, balasını qucağına alacağı, qoxusunu içinə çəkəcəyi günü gözləmişdi doqquz ay... Həyat yoldaşı Elnur ilə birlikdə yaşamışdılar bu həyəcanı. Balalarının dünyaya gəlişinin sevincini birlikdə qarşılayıb, birlikdə böyüdəcəkdilər. Nəhayət, Günay və Elnurun körpəsi dünyaya göz açır, ailəsinə səadət gətirən bu mələk, sözün əsl mənasında mələk olur. İnsana verilən ad ondan gözlənilən bəkləntinin məzmununu daşıyır. Bu mələyə Fərəh adını verirlər, valideynlərinin Fərəhi olacaqdı... Fərəh, həyata yeni qədəm qoymuş, açılmamış qönçə, körpəcik fidan idi. Hələ həyatın anlaşılan tərəfini yaşamamışdı, duymamışdı. Ana qoxusunu bilirdi təkcə, bir də ata qayğısını... İstiliyi təkcə yay fəslində qızmar günəşl...

...Uşaqlığım

Salam uşaqlığım, axırda tapdım səni… Tanımadınmı məni? Xeyli dəyişmişəm. Bu qarmaqarışıqda səni güclə tapdım. Çox uzaqlaşmışıq. Mənə nə olub belə? Sən nə qədər məsumsan. Qaçma məndən, nə olar? Hər şeyi sənə danışacam, bilirəm, söylədiklərimə inanmayacaqsan. Heç mən özümdə inanmıram. Nə desən, haqlısan. Mənə belə baxma, cəsarətim qırılır.Yanına, özümü tapmaq üçün gəlmişəm. Bir daha oturub danışaq. Xəyallarımı unutmuşam mən, insanlar unutdurdu. Hə, indi gəl səninlə ən çox sevdiyim musiqini yada salaq, tut əllərimdən, bax bunu unutmamışam.Böyüməyi çox istərdik, deyilmi? Mənə maraqlı idi. Gördün böyümək necəymiş? Kimsənin görmədiklərini görürsən məndə, kimsələrə demədiklərimi bilirsən, deyil mi? Bu tərəf çox qaranlıq, çox qarışıqlıqdı. Burda ayıları, dovşanları oyuncaq etmirlər. Burda insanları oyuncaq edirlər. Hərə özünü düşünür. Kimsə, uşağını bağrına basdığı qədər öz eqoizmini sərgiləmir. Bura çox başqadır, uşaqlığım mənim, çox başqa. Zaman nə tez gəlib-keçir. Burda...