Ana içeriğe atla

Kayıtlar

Bizdə və onlarda QADIN...

Aysel Abdullazadə yazır: Cəmiyyətimizdə qadın olmaq çətindir. Bunu ağlım kəsəndən, fikir yürüdə bilmək qabiliyyətim olandan və bir qadın kimi hüquqlarımı dərk edəndən müşahidə etmişəm. Azərbaycan cəmiyyətində qadın kimi yaşamaq özgüvən tələb edir. Əks halda acizlik pəncərəsindən bir kölə kimi, sızan zəif işığa baxmaqla kifayətlənəcəksən. Bu gün cəmiyyətimiz qadına düşüncəsinə yox, geyiminə görə, ağlına yox qaşlarına görə, dünyagörüşünə və savadına yox, xarici ölkədə olmağına görə qiymət verir. Bu qadının yox, gəncliyimizin acizliyi və bəsit düşüncəsidir.  Yolda gedən bir xanım qısa ətək və ya dizləri yamaqlı cins şalvar geyinibsə, heç tərəddüdsüz əxlaqsızdır. Evlənməmiş gənc bir qız qaşındakı artıq və iyrənc görünən tüklərdən azad olubsa, yolunu azıb. Bir xanım işlə əlaqədar və ya sadəcə gəzmək, görmək amaclı xarici ölkəyə səfər edibsə, kəsinliklə adı fahişədir. Bu fikirlər danılmazdır. Azərbaycan "kişisinin" yuyulmuş beyninin məhsuludur. Qadını çərçivəyə salma...

Xəyal...

Hər insanın xəyalı olması onun daxilinin nə dərəcədə geniş və düşüncələrinin necə formalaşmağından xəbər verir. Çünki xəyal həmin insanın içidir, daxilidir, kim olmağını anladan prosesdir. Bəs hər insan xəyal qurarmı? Beynində yaşatdığı, arzuladığı şeyləri özü üçün bir dünya halında toparlayıb, orda, öz qurduğu dünyanı həmişə özü ilə daşıyan insanlar nə qədərdir? Məncə, xəyal insan yaşamının bir hissəsidir, hətta mən deyərdim ki, xəyal qurmayan insanın hədəfləri olmur. Çünki öncə beynimizdə istəyimizə adaptasiya olub, onu canlandırıb necə gerçəyə çevirəcəyimizi düşünəndən sonra nail olmağa müvəffəq oluruq. Xəyal özü də bir dünyadır, çünki yaratmaq istədiyimiz şeyləri, arzularımızı orda cəmləyib, bir araya toplayırıq. Xəyallar insanın yaşam həvəsidir, eşqidir. Ruh yüksəkliyi yaradan, insanın  istəklərini özündə birləşdirən və divardan asdığı bir çərçivədir, beynində həmişə o çərçivəni canlandırmaqdır. Xəyallarımız bizim məhz bizə aid olan dünyamızdır, çenki orda artıq i...

Biri olmalı...

Bəzən həyatda tək başına qaldığınızı düşündüyünüz anlar olur, sanki dünayada bir tək sən qalmışsan kimi hiss edərsən. Ailə üzvlərin, dostların, ətrafındakı insanların varlığı içində yaranan boşluğu doldurmaz. Hər sabah oyandığında, bir mahnı dinlədiyində, təzə dəmlənmiş çayını udqunanda bunu hiss edərsən.  Yalnızsan... İçimdəki boşluq gözlərimə yansıyar. Nə axtardığımı düşünərəm. Yaxşı bir dostmu, sevgilimi, həyat yoldaşımı, bir sirdaşmı, məni dinləyən adi bir tanışmı? Bəli, hər insanın həyatında bunları özündə birləşdirən biri gərəkdir, əgər yoxdursa sən yalnızsan deməkdir. Hamısı dedim, çünki bir insan vardır ki, həm dost, həm sevgili, həm sirdaş, həm həyatına yoldaş olsun. Bir insan gərəkdir həmişə yanında olan, sənə özləmi yaşadan, darıxıram sözünü qulağına pıçıldayan. O insan ki, dodaqlarını deyil gözlərinin dərinliyini güldürən, görəndə bütün dərdlərini unutduğun, sarıldığında güvən duyğusunu kəşf etdiyin, dilinlə deyil gözlərinlə danışdığın, yaşamaqdan zövq ...

Azərbaycan təhsilində açıq bazar hökm sürür...

Bu   gü n Azərbaycan təhsilində ciddi problemlər, vətəndaşları narahat edən və həllini   tapmayan məsələlər olduqca böyük miqyaslıdır. Əvvəlki dövrlərə, çox uzağa yox, elə valideynlərimizin orta məktəb dövrünə nəzər salsaq hər şey kimi təhsildə də effektsiz və acınacaqlı dəyişikliyin şahidi olacağıq. Əvvəllər müəllim sözü çox dərin və olduqca ağır bir kəlimə idi. Müəllim deyəndə insanlarda ciddi bir mimika, bilgi dolu baxışlar, adi insandan fərqli bir aura yaradan düşüncə və möhtəşəm bir hörmət sezilirdi.  Hətta bir tanışım var, o mənə bir dəfə belə bir əhvalat danışdı: “ Bizim bir orta yaşlı kişi müəllimimiz vardı, uşaqlıqdan həmişə düşünürdüm ki, müəllimlər məktəbdə necə görünürlərsə gündəlik yaşamlarında da elədir. Mən bu müəllimimizin yemək yemədiyini, su içmədiyini və həmişə iş ciddi iş geyimində olduğunu fikirləşirdim, onu həmişə fərqli formada ayırırdım cəmiyyətdən. Bir gün təsadüfən məktəbdən evə gedərkən həmin bu müəllimi həyətində ev geyimində gördüm. M...

Günümüzün insanı....

Hamımız bir-birimizə qənim kəsilmişik. Heç kim ətəyini qırağa çəkməsin. Elə aqressiv olmuşuq, elə paxıl olmuşuq, elə ədalətsiz, elə rəhmsiz olmuşuq ki... Vəziyyət o yerə gəlib ki: bir-birimizdən yaxşı nəsə gözləməyə inamımız qalmayıb, gözlədiyimiz də olsa-olsa təhlükədir... Bu günün reallığı budur!  Elman Tovuz Bu yazımı gözəl şairimiz Elman müəllimin sözlərinin düşüncəsi ilə beynimdə yazmış oldum. Bir neçə gün əvvəl facebook hesabımda Elman müəllimin bele bir yazısını oxudum, həmin an beynimdə nə qədər reallığa uyğun bir həqiqət olduğunu fikirləşdim. Çox təəssüf ki, doğrudan da günümüzün acı gerçəyi budur. İnsanlar o qədər aqressiv, qaraqabaq olub ki, yolda gedəndə birindən bir ünvan və ya yer soruşanda da simlarındakı acı mimika insanı danışmağına peşman edir. Qəlblər sanki möhürlənib, insanların üzündə təbəssüm görmək üçün sanki pul ödəməliyik. Baxıram ki, insanlar da aqressiv yanaşmalar çoxalıb, simalardakı təbəsüm itib atrıq, görünmür üzlərdə. Qaşlar çatılıb, i...

Qadın cəmiyyətin yaralı yeri deyil, yaraladığı yerdir!

Həyatda sabahından kim sığortalanıb? Hansı birimiz dünənimizdən, bu gündən və sabahımızdan sığortalanmışıq? İnsanın başına beş dəqiqə sonra nə gələcəyini Allahdan başqa kim bilər? Heç kim... Bəs bu millətin beynindəki düşüncə niyə belə qısıtdır? Kişilərimiz niyə bu dərəcədə bəsit düşünürlər, niyə bu qədər acgözdürlər? Gənc bir qız xoşbəxt olmaq üçün ailə qurur, evlənir və o gündən sonra QADIN olur. Həyatında gözləmədiyi şəkildə, heç vaxt ağlına belə gətirmədiyi hadisələr baş verir, cəmiyyətin qınağını düşünən bu gənc qadın bir müddət daha çətinliklər qarşısında güclü dayanır, mübarizə aparır. Amma nə yazıq ki, artıq heç nəyin düşündüyü, arzuladığı kimi olmadığını görür və nigahını sonlandıraraq ailə həyatına yekun vurur. Məhz elə  keşməkeşli həyat burdan yeni bir başlanğıcla boy atır. Cəmiyyətdə birmənalı qarşılanmayan bu hal qadın üçün təhlükəli olmağa başlayır. Artıq atılan addımlarda çox diqqətli olmaq gərəkir. Hər bir göstərilən kişi nəvazişi, qayğısı və hətt...

Ayselin doğum günü - 24 yaş

Bu gün dünyaya gəlişimdən tam 24 il keçir. Bu illər ərzində gözəl uşaqlıq xatirələrim, orta məktəb illərim, universitet məzunu olma günüm, evliliyim, ayrılma məqamım və bu günüm həmişə xatirimdə yaşayacaq. İnsan həyatında bir neçə dəfə dərin izlər buraxaraq yaddaşına bir ömür boyu həkk olunacaq anlar yaşayır.  Bunlar dövrlərlə mərhələlər şəklində kino lenti kimi həyat səhnəmizdə həmişə canlanır. Yaşamımızın ən maraqlı və qayğısız, bəxtəvər illəri uşaqlıq dövrümüzdür. Mənimdə uşaqlıq xatirələrim daima gözəl, sevgi ilə anımsadığım illərimdir. Orta məktəb dövrü və gəncliyin ilk addımı olan tələbəlik! Sonra enişli-yoxuşlu, insanı formalaşdıran, həyat üçün hazırlayan, müəyyən qəliblərə salan yaşam tərzi, ailə həyatı, bəzi atılan uğursuz addımların acı nəticələri ilə böyüyürük.  Bütün bu saydıqlarımı mən yaşamışam, çətinlikləri, acını, yalnızlığı, çarəsizliyi-hamısını dadmışam. Həyat səhnəsində insanlar həmişə eyni rolda yer almırlar, daima dəyişikliklər olur. çünki ...