Ana içeriğe atla

Kayıtlar

Qadın cəmiyyətin yaralı yeri deyil, yaraladığı yerdir!

Həyatda sabahından kim sığortalanıb? Hansı birimiz dünənimizdən, bu gündən və sabahımızdan sığortalanmışıq? İnsanın başına beş dəqiqə sonra nə gələcəyini Allahdan başqa kim bilər? Heç kim... Bəs bu millətin beynindəki düşüncə niyə belə qısıtdır? Kişilərimiz niyə bu dərəcədə bəsit düşünürlər, niyə bu qədər acgözdürlər? Gənc bir qız xoşbəxt olmaq üçün ailə qurur, evlənir və o gündən sonra QADIN olur. Həyatında gözləmədiyi şəkildə, heç vaxt ağlına belə gətirmədiyi hadisələr baş verir, cəmiyyətin qınağını düşünən bu gənc qadın bir müddət daha çətinliklər qarşısında güclü dayanır, mübarizə aparır. Amma nə yazıq ki, artıq heç nəyin düşündüyü, arzuladığı kimi olmadığını görür və nigahını sonlandıraraq ailə həyatına yekun vurur. Məhz elə  keşməkeşli həyat burdan yeni bir başlanğıcla boy atır. Cəmiyyətdə birmənalı qarşılanmayan bu hal qadın üçün təhlükəli olmağa başlayır. Artıq atılan addımlarda çox diqqətli olmaq gərəkir. Hər bir göstərilən kişi nəvazişi, qayğısı və hətt...

Ayselin doğum günü - 24 yaş

Bu gün dünyaya gəlişimdən tam 24 il keçir. Bu illər ərzində gözəl uşaqlıq xatirələrim, orta məktəb illərim, universitet məzunu olma günüm, evliliyim, ayrılma məqamım və bu günüm həmişə xatirimdə yaşayacaq. İnsan həyatında bir neçə dəfə dərin izlər buraxaraq yaddaşına bir ömür boyu həkk olunacaq anlar yaşayır.  Bunlar dövrlərlə mərhələlər şəklində kino lenti kimi həyat səhnəmizdə həmişə canlanır. Yaşamımızın ən maraqlı və qayğısız, bəxtəvər illəri uşaqlıq dövrümüzdür. Mənimdə uşaqlıq xatirələrim daima gözəl, sevgi ilə anımsadığım illərimdir. Orta məktəb dövrü və gəncliyin ilk addımı olan tələbəlik! Sonra enişli-yoxuşlu, insanı formalaşdıran, həyat üçün hazırlayan, müəyyən qəliblərə salan yaşam tərzi, ailə həyatı, bəzi atılan uğursuz addımların acı nəticələri ilə böyüyürük.  Bütün bu saydıqlarımı mən yaşamışam, çətinlikləri, acını, yalnızlığı, çarəsizliyi-hamısını dadmışam. Həyat səhnəsində insanlar həmişə eyni rolda yer almırlar, daima dəyişikliklər olur. çünki ...

Yaşananlar....

Dəfələrlə hiss etdiyim bir şeyin bu günlərdə mənim düşündüyüm kimi olduğunu dəqiqliklə anladım. Hamımızın ailəsi var və ailəmizi sevirik. Lakin mövcud bir durum hakimdir, heç kimsə səni özün qədər anlamağa müvəffəq deyil. Sən öz vicdanınla üzləşirsən, səhvini və düzünü dilə gətirməsən belə daxilində necə olmasından əminsən. Ən yaxın bildiklərimiz, hətta ailəmiz belə bəzən bizi anlamır, daxilimizdəkiləri sezə bilmir, qopan fırtınanın səsini eşitmir. Onların işi sadəcə səni yargılamaqdır, səhvlərini təkrar-təkrar sənə söyləməkdir, yerli-yersiz zamanında etdiklərini "başına vurmaqdır". Bəs səni kim anlayacaq? Kim sənə mənəvi dayaq olacaq? Səni səhvlərinlə, xətalarınla kim sahiblənəcək? Yaşanan olaylar həyatın bir hissəsidir, buna görə səni bu qədər sıxmağa kimin haqqı var? Nədən yıxılanın əlindən tutub qaldırmağı onu acılamaqla, səhvini başına çırpmaqla edir yaxınlarımız? Bəyəm düşünmürlər ki, bu sözlərlə onu daha da ruhdan salıb, yaşamaq eşqini boğub öldürürlər? Ya...

Cəmiyyətin ən böyük sorunu

Bir mövzu günlərdir diqqətimi çəkir. Sevgi...  Daha doğrusu, oğlanların qızlara qarşı olan "təmənnalı sevgisi"... Cəmiyyətdə son vaxtlar kişilərin psixologiyasında belə bir hal yaranıb. İki insan tanış olur, ünsiyyət qurur və getdikcə bu münasibət dərin hisslərlə "sevgi" adı altında davam edir. Görüşlər, zənglər, gəzintilər öz yerində, iki sevgili təbii ki, bu gözəllikləri yaşamalıdırlar. Sevənlər arasında həmişə qızlar daha dərin hisslərlə sevirlər, çünki qadın sevgisi daha emosional, daha məsum və daha içdən olur. Lakin bir müddət keçdikdən sonra oğlanlar tərəfindən münasibətə bəzi fikirlər irəli sürülür. Onların fikrincə, dediklərində haqlıdırlar və bu qaçınılmaz bir reallıqla bağlı fikirdir. Oğlanlar tərəfindən münasibətə əlavə olunacaq fikir nədən ibarətdir? Bəlkə də artıq çoxlarınız bunu təxmin etdiniz, çünki toplumda olan bu növ psixologiyalı insanların mövcud olmasını hamımız az-çox görə və duya bilirik. Sevdiyim dediyi qıza oğlan tərəfindən ir...

İçimizdeki "engel"

Hayatta farklı düşünceye, zekaya sahip insanlar vardır. Yaşama amaçlarını belirlemekte bile zorluk çekenlerini tanıyorum. İnsan için dış görünüş Allahın bize verdiyi bir hediyedir. Nasıl olmasını düşünmeden o hediyeyi ömrümüzün sonuna kadar sahiplenip, öldüyümüzde Allahın bize verdiyi emaneti olarak toprağa geri vermeliyiz. Bazıları dış görünüşünden memnun olmaz, ama düşünmezler ki, insanın güzel ve ya çirkin görünmesi onun içi ile alakalıdır.  Bazen birini gördüyümüzde yüzünde nur var diye aklımızdan geçiririz. İşte tam da bu konu ile ilgili denilen ve düşünülen bir şeydir. Bir insanın içinde kara düşünceler, kibir, nefret varsa onun güzelliyi kaybolur, yüzü solar, kalbinde barındırmış olduğu karalıklar yüzüne yansır. Aslında çırkin insan yoktur, insana çirkin demek günahtır. Çünki bütün insanlar Allahın eseridir. Bu nedenle mantıklı düşünen insan kimseyi çirkin diye anlatamaz. Dış güzelliyi insanın iç duyguları, düşünceleri ile alakalı olan bir meseledir. Eger bir in...

Ne istiyorum?!

Yazmak istiyorum her şeyden önce. İçimdekileri kağıtlara dökmek, kalemin mürekkebi ile beyaz kağıdı süslemek istiyorum. Sayfalarca yüreyimden kopanları, çığlıklarımı, bazen ise sessizliyimi yazmak istiyorum. Hayatımı, yaşadıklarımı ve yaşamak istediklerimi yazmak istiyorum. Şu an ne düşündüyümü, ne istediyimi yazarak belirlemek istiyorum. İnce çizgileri olan bir sayfa açıp, kahvemi yudumlayarak, o an aklımdan geçeni hiç deyişmeden yazmak, hayallerimi, içimde büyüttüyüm, dolup-taşan duygularımı o sayfada yerleştirmek istiyorum. Duygularım var benim her yürek taşıyamaz, hisslerim var her insan anlayamaz, içimde olan bağırmaya hazır çığlıklarım var her kes duyamaz ve sessizliyim var çok derinlerimde.... Sonra beklentilerim var, arzuladığım şeyler var, yanımda olmasını istediklerim var, çok sevdiklerim var, birde sevemediklerim var... Her insan yüklüdür ama benim daha derinde ve daha ağırdır yüküm. Çünki duygu dolu yükü taşımak biraz daha zordur. Yapmak istediklerimi hemen istiyo...

Yol...

Uzun yol gitmeyi severim ama , yalnızlığa, gidilecek yere ve gitme araçına göre deyişir. Uzun yol düşünmek için bol zamanın olmasıdır. Cam kenarına oturup, hayaleri müziklere sığdırmaktır. hayatın offline, düşlerin online olmasıdır. bir film gibi pencerede hisslerinin sahnelenmesidir.  Yol güzeldir, ama ne zaman?  Yüreyine yakın olan insanla birlikte yolculuk yaptığında.  Sevdiyinle uzun yolun tadı başka olur, o anı, o saatleri yaşamak farklıdır ve tarif edilemez derecede zevklidir. Araba giderken kışın beyaz toprakların seyr edilerek geride kalması, çam ağaçlarının birer-birerkoşar gibi görünmeleri insana yolun güzelliyini anlatır.  Boş toprakların yalnızlığı görünür bazen, bir de aksi yönde haraket eden araçların sesi duyulur. Her kes bir yerlere ulaşmak için hızla gitmekte. Elektrik direklerinin sırasını diğerine vermesidir bazen uzun yol. Sari sünbüllerin rüzgarda titreyişini görmektir.  Düz yol rahattır, ama zevki yoktur, tıpkı sırada...