Getsən, nəsə dəyişməyəcək!
Bir az kövrələrəm,
Bəlkə də içdən bir hönkürtü ilə
Ağlayaram.
Göy üzünə baxıb
Tanrının varlığına şübhə edərəm.
Olsaydı,
Dualarım havaya səpələnməzdi deyə.
Bir az kövrələrəm,
Bəlkə də içdən bir hönkürtü ilə
Ağlayaram.
Göy üzünə baxıb
Tanrının varlığına şübhə edərəm.
Olsaydı,
Dualarım havaya səpələnməzdi deyə.
Getsən, nəsə dəyişməyəcək!
Bir az içərəm.
Sənin kimi sərxoş olana qədər yox,
Səni unudana,
Ya da gedişinə alışana qədər.
Yemək masasının altında,
Divanın üstündə şaqqıldayacaq
"Chivas Regal" şüşələri
Hər ayağa duruşumda.
Bir az içərəm.
Sənin kimi sərxoş olana qədər yox,
Səni unudana,
Ya da gedişinə alışana qədər.
Yemək masasının altında,
Divanın üstündə şaqqıldayacaq
"Chivas Regal" şüşələri
Hər ayağa duruşumda.
Getsən, nəsə dəyişməyəcək!
Susacam… susacam.
Beynimdən hər şeyi silmək üçün
"Alzheimer" xəstəliyinə tutulmanın
Yollarını araşdıracam.
Susacam… susacam.
Beynimdən hər şeyi silmək üçün
"Alzheimer" xəstəliyinə tutulmanın
Yollarını araşdıracam.
Getsən, nəsə dəyişməyəcək!
Gülüşüm uzaqlara qaçarkən
Kədər mənə qollarını açacaq.
Dairəvi dünyanın kvadrat küncündə
Bir siqaret yandırıb
Xatirələri sayacam.
Getsən…
Getsən, heç nə
Heç nə əvvəlki kimi olmayacaq…
Gülüşüm uzaqlara qaçarkən
Kədər mənə qollarını açacaq.
Dairəvi dünyanın kvadrat küncündə
Bir siqaret yandırıb
Xatirələri sayacam.
Getsən…
Getsən, heç nə
Heç nə əvvəlki kimi olmayacaq…
Aysel Abdullazadə...
Yorumlar
Yorum Gönder