Post views: counter

19 Nisan 2017 Çarşamba

Vaz keçməyəcəm...

Gözlərimi qamaşdıran günəşdən
Küsməyəcəm heç vaxt.
Saçlarımı dağıdan rüzgardan,
Üzümü isladan buluddan inciməyəcəm.
Kirpiklərimdən asılan damlanın intiharı,
yanağımdan dodaqlarıma qədər yol açsa da,
Tərk etməyəcəm sevinci.
Ağlayan bir körpənin məsumiyyəti qədərdi
Mənim azadlıq anlayışım.
Bütün arzular zəncirə vurulsa da,
Borc verməyəcəm azadlıqdakı məhbəs duyğularımdan.
Dünya başdan başa çirkaba bulansa,
Pislik qalıb gəlsə yaxşılığa,
Bir sözlə, bu dünya yox olsa belə,
Mən vaz keçməyəcəm MƏN olmaqdan!  

Aysel Abdullazadə ...    




0 yorum:

Yorum Gönder

 
Post Views Script by MBT -->