Bir bəhanə tapıb getməli bu şəhərdən,
Sadəcə əl sallayacağın
bir neçə dosta,
ya da tanışa deməli -
Xoşcaqal!
Sadəcə əl sallayacağın
bir neçə dosta,
ya da tanışa deməli -
Xoşcaqal!
Sevdiklərinə atılmalı
havada uçuşan vida öpücükləri,
Və hava limanında unudulmalı bütün,
Yaşayan və yaşanmamış istəklər…
Bəyaz arzuların qönçəsində açılmalı
Yeni həyatın ilk səhifəsi!
havada uçuşan vida öpücükləri,
Və hava limanında unudulmalı bütün,
Yaşayan və yaşanmamış istəklər…
Bəyaz arzuların qönçəsində açılmalı
Yeni həyatın ilk səhifəsi!
Aysel Abdullazadə…
Yorumlar
Yorum Gönder