Post views: counter

24 Aralık 2015 Perşembe

"Yaxşı yol!"


Yalnızlığın rəngi var gözlərimdə
tənhalığın qoxusu sinib üstümə
bir də acıların saxta təbəssümündən
bir busə var yanağımda...

Şübhələr gəmirir içimi
qanımdan şərab dadı alır
nə qədər görsəm də, göz yaşlarını
şübhə toxumu ruhuma iz salır...

İstəmirəm artıq heç nə
nə insan görmək, nə sevgi yaşamaq
nə gözlərdə inam axtarmaq
nə qəlbdə paklıq
nə də varlığında sadiqlik vəfası...
boş buraxdım hər şeyi
yaşıl işıq yandırdım yoluna
hər kəsə, hər şeyə
yaxşı yol! - diləyilə...

Aysel Abdullazadə
23.12.2015

0 yorum:

Yorum Gönder

 
Post Views Script by MBT -->