Post views: counter

24 Aralık 2015 Perşembe

Sonbahar...


Gözəl bir qadındır Sonbahar
acılarından arınmış
dərdlərini çözməyə hazır
saralmışlığını yansıdan
sarı əlbisəli qadın...

Gözəl bir əsərdir Sonbahar
rəssam fırçasının möcüzəsi
rənglərin əsrarəngiz ahəngi
yaşıl rəngin qapanmış pərdəsi
torpaq qoxusu, yağmur damlası
cızılmış bir əsər...

Aysel Abdullazadə
09.12.2015 - 01:26

0 yorum:

Yorum Gönder

 
Post Views Script by MBT -->