Post views: counter

24 Aralık 2015 Perşembe

Sevdiyim ikinci qadınsan! (şeir)


Sevdiyim ikinci qadınsan Sən
ilkini sevməyə məcbur idim.
Çox yaxşılığı oldu mənə
və həyatımda heç bir məcburiyyəti onun qədər sevmədim...

Sevdiyim ikinci qadınsan sən!
ilkinin yerini tutmağın mümkün deyil
O öyrətdi mənə sevməyi
o öyrətməsə, sevə bilməzdim səni belə.
İnan, o tutduğu üçün əllərimdən
yeriməyi öyrəndim, qaça bildim sənə doğru
Onun gözlərinə bənzədiyi üçün gözlərin
çəkə bilmədim gözlərimi səndən
Sənə aşiqəm, səni sevirəm...

Sevdiyim ikinci qadınsan sən!
Həyatım boyunca çiynimdə daşıyıram onu
və sən hər sabahımdasan,
qısqanma...
Əlifbada belə sənin adının baş hərfi ondan sonra gəlir
ürəyim indi sənindir
onun qədər sev məni,
yetərlidir.
O doğdu, sən öldürmə!
Sevdiyim ikinci qadınsan!

Müəllif: Ceyhun Yılmaz 
Çevirdi: Aysel Abdullazadə

0 yorum:

Yorum Gönder

 
Post Views Script by MBT -->