Post views: counter

24 Aralık 2015 Perşembe

Sevdiyim ikinci kişisən!


Sevdiyim ikinci kişisən sən!
İlkini bilmədən sevdim,
cəhd etmədən
tanımadan
daha dünyaya gəlmədən
məcburiyyətsiz sevdim...

İlk kişi obrazını tanıdım onunla
ilk dəfə bir kişiyə sarıldım
ilk olaraq burnum kişi qoxusunu aldı
və ilk qəhrəmanım oldu...

Sevdiyim ikinci kişisən!
Kişiliyin necəliyini o öyrətdi
səni kişi olaraq seçməyimi
içindəki adamlığı sezməyimi
ona borcluyam...
Güvəni ondan öyrəndim
güvənməyi də
güvən verməyi də
ilk sevdiyim kişidən öyrəndim.

Adam kimi adam axtardı gözüm
bir az o adama bənzədi gözün
bəlkə də ilk o baxışı gördüyüm üçün
sevdiyim ikinci kişi oldun...

Sevdiyim ikinci kişisən!
Onun yerinə qoya bilmərəm varlığını
zatən, tuta bilməzsən yerini
amma qısqanma,
üzülmə, ilk o deyə
sən ikinci ilkimsən...

Sadəcə onun qədər sev məni
onun qədər qoru,
onu kimi sahiblən
və onu kimi sarıl bütün adamlığınla...
Onun canından bir parçanı
əmanət etdiyi ilksən!
Sevdiyim ikinci kişisən!

Aysel Abdullazadə
14.12.2015 - 17:08

0 yorum:

Yorum Gönder

 
Post Views Script by MBT -->