Post views: counter

24 Aralık 2015 Perşembe

Mən sevgini ərimdən öyrəndim!


Gənc qız ikən sevgi, sadəcə filmlərdə olur zənn edərdim. Bizim evdə sevginin adı-sanı olmazdı. Bir-birimizi sevirdik mi, sevmirdik mi heç düşünməmişəm. Ata-anamın davalarına dəfələrlə şahid olduq, amma bir-birilərini sevdiklərini göstərən ən kiçik bir işarəyə belə rast gəlmədik. Sevgi deyincə ağlıma, sadəcə atamın baxçada bəsləyib böyütdüyü it gəlir. Atam itini oxşayar, sevər, onunla oyunlar oynayar və danışar, onu əzizləyib gözəl sözlər deyərdi. İtinə söylədiyi gözəl sözlərdən heç birini bizə demədi.

Anam isə bir ayrı aləm idi. Ya təmizlik işləri ilə məşğul olar, ya da gəzməyə gedərdi. Bizi sevirdi mi, bilmirəm. Bunu heç vaxt bizə demədi və göstərmədi. Evi dağıtdığımızda və ya qardaşımla dalaşdığımızda bizə, sadəcə hirslənərdi. Çünki dörd uşaq idik və daima bir-birimizlə didişərdik.

Ailəmin seçdiyi adamla evləndim. Evliliyimdə heç bir gözləntim yox idi. Evliliyi valideynləriminki kimi bir şey zənn edirdim. Evləndiyində ev təmizləyərsən, yemək bişirərsən, uşaq doğarsan, arada bir ərinlə dalaşarsan. Bir gün mutlu, bir gün mutsuz yaşayıb gedərsən. Evlilik belə bir şeydir düşünürdüm.

Evdəndiyim gün yoldaşım, gəlinlik libasında mənə uzun-uzun baxmış, "necə belə gözəlsən" demişdi.

Daha əvvəl heç kim mənə belə gözəl olduğumu söyləməmişdi. Çox da gözəl olduğumu düşünmürdüm, amma onun mənə bunu söyləməyi içimi titrətmişdi. O gün eşitdiyim ən gözəl söz, daha sonra eşidəcəyim gözəl sözlərin başlanğıcı imiş.

Yoldaşım mənə hər fürsətdə iltifat edər, məni devdiyini deyərdi. Mənə sevginin sadəcə filmlərdə deyil, gerçək həyatda da olduğunu göstərdi.

Yoldaşımla çox gözəl anılarımız vardı. Amma mənə ən çox təsir edən, ən mutlu olduğum anımı sizlərlə paylaşmaq istəyirəm.

İlk övladımın doğumundan iki ay sonra idi. Yoxlanmaq üçün həkimə getdiyimdə hamiləlik nədənilə qarnımda yaranan çatların nə zaman keçəcəyini və doğuşdan sonra qarnımda qalan piy qatını necə əridə biləcəyimi soruşdum.

Həkimim: "estetik əməliyyat olmadıqca o çatlar keçməz. Gimnastika hərəkətləri ilə qarnındakı piylər bir az əriyər, amma hamiləlikdən öncəki halına düşməz. Estetik cərrahın və bir gözəllik uzmanının köməyi ilə əvvəlki halınızı bərpa edə bilərsiniz" - dedi.

Hardadır bizdə o qədər pul? Başımdan aşağı, elə bil, bir qaynar qazan su töküldü. Axşam yoldaşımla danışana qədər üzüntüdən özümü yeyib bitirdim.

Axşam yoldaşım niyə canımın sıxıldığını, üzgün olduğumu soruşdu. Ona həkimin dediklərini anlatdım.

Bəzi qadınlar doğuşdan sonra ərlərinin onları bəyənmədiyini deyirlər. Məni yenə əvvəlki kimi sevəcək, bəyənə biləcəksən mi? - deyə sual verdim.

O mənə: "mən səni, qarnın dümdüzdür deyə sevmədim ki, indi də qarnında piy qalıb deyə sevməkdən vazkeçim. Həm də qarnındakı çatlar məni qəyiyyən rahatsız etmir, hətta xoşuma gəlir. Artıq bir anasan və ikimizin parçasını daşıdın. Və o izlər mənə bunu xatırladır. Qarnındakı işarələr səni daha qadınsal göstərir" - dedi.

Yoldaşımın bu sözləri bütün üzüntümü apardı.

Doğuşumun üstündən on il keçdi. Bu arada bir övladımız daha oldu. Yoldaşımla bir-birimizə olan sevgimiz heç azalmadı.

Bu yaxınlarda gənc qız ikən olduğum rəsmimə baxdım, çox çirkin göründüm özümə. Bir də evlilikdən sonrakı rəsmimə baxdım, indiki halımı daha çox bəyəndim və gözəlləşmişdim. Anladım ki, sevgi çirkin bir qadını gözəlləşdirə bilir. Sevgisizlik isə gözəl bir qadını çirkinləşdirir. Sevgi sehrli bir çubuq kimi dəydiyi hər şeyə gözəllik verir.

Mənə sevgini öyrətdiyi üçün yoldaşıma hərkəsin önündə təşəkkür edirəm. Rəbbim cümləmizə belə həyat yoldaşı nəsib etsin.

Hazırladı: Aysel Abdullazadə

2 yorum:

 
Post Views Script by MBT -->