Post views: counter

24 Aralık 2015 Perşembe

Güclü qadınlar bağışlamaz, adamım...


Güclü qadınlar bir başqa sevər
Seçici olar,
qalıcı olar sevgisi.
Güclü qadınlar adam kimi sevməyi də bilir
Ömrünü ömrünün önünə sərməyi də
Yaşamağı da bilir o sevgidə
səni yaşatmağı da...

Güclü qadınlar yaxşı bilir
Sevməyin acısını da,
Həsrətin ağrısını da
Onları güclü qılan sevdikləri deyil,
sevgiləridir...

Və gedişləri də başqa olar
Darmadağın edər mənliyini
Addım səsləri qulağını kar
Gedişindəki lərzə gözünü kor edər.
Səssizliyində boğar bütün sancıları
Kimsəsiz, yetim hiss etdirər sənə özünü
Bu gedişlə tüm yaşadıqlarını filmə çevirmişdir artıq
Səhnədə tək qalmısan...
Alqış sənə deyil, o gedişə sunular...

Güclü qadınlar güclü sevər, adamım
Qorxacaqsanmı
Sahiblənəcəksənmi
Öncə bunu bilməlisən...
Güclü qadını gücünü zorlayaraq sevəcəksən
Yetməzsə, heç düşünmədən
Vaz keçəcəksən.
Güclü qadınlar bağışlamaz, adamım...

Aysel Abdullazadə
14.12.2015 - 12:53

0 yorum:

Yorum Gönder

 
Post Views Script by MBT -->