Gecə vaxtı
təbəssümlü Ay, qaranlıq təbiət
yorğun tavanın sərt baxışları
susqun divarlar
yanağımda göz yaşları...
Gecə vaxtı
zümzümə pıçıldayan meh,
çılğın ulduzlar
bir də mənə bənzəyən
əsrarəngiz xəyallar...
Varlığım sıxışıb qalmışdı
ruhumla cismim arasında
rəngi boza bulaşmış ümidlərim
harayıma çatmırdı bu gecə vaxtında...
Könlümə əsirdi dualı küləklər
qəlbimdə addımlayırdı arzulu mələklər
O'na qaçırdım,
O'na çatmaq ümidi ilə
yaşayırdı içimdəki zərrələr...
Ayın təbəssümü sərxoş edirdi ruhumu
Gözümü boyamışdı ucsuz səmanın qara maviliyi
və ümidlərim yenidən doğulurdu
açılacaq sabaha...
Aysel Abdullazadə
18.12.2015 - 02:18
Yorumlar
Yorum Gönder