Post views: counter

24 Aralık 2015 Perşembe

Bu şəhərdə hər şey yarım...


Bu şəhərdəki küçələrin işıqları da
xoşbəxtlik cəhdindən yorulmuş,
nəsibini almamış
həsəd aparır parlaq küçə lampalarına
aciz insanlar kimi
qaranlığa qapılmış...

Bu şəhərdə ağaclar da yaşıllıqdan yoxsun
saralmış susuz çöllərdə quraqlıq misalı
Tumurcuğa hamilə
və inkişafsız qalan
abort olunmuş dilsiz pöhrələr misalı...

Bu şəhərdə insanlar həyəcanlı, mutsuz
yaşamaqdan məhrum,
acılardan bol
Sürüngən həyatlar cızılmış taleyə
Saxta gülümsəmələr almış rol...

Bu şəhərdə güllər də solğun, qopuq
başını yerə dikmiş qönçəli budaqlar
Dərilmək qorxusu,
əzilmək dərdi
Sarmış canını mövsümsüz sazaqlar...

Aysel Abdullazadə
06.11.2015

0 yorum:

Yorum Gönder

 
Post Views Script by MBT -->