Post views: counter

24 Aralık 2015 Perşembe

Bir zaman gələr ki...


Bir zaman gələr ki,
özgələşər hər şey
uzaqlaşar qəlbinin ta içindən
yarımçıq qalar bütün ümidlər
parça-parça olar ürəkdəki diləklər
bir də dilinin ucunda yer almış dualar
əzbərlənmiş yalvarışlar tərk edər beynini...

Bir zaman gələr ki,
özgələşər hər kəs
heç qayıtmaz gedər olanlar
baxmaz geriyə tələsən addımlar
unudular tanıdığın bütün insanlar
səndə sən olmaqdan çıxar, artıq o doğma adamlar
o gün ən doğma yad olarlar sənə...

Bir zaman gələr ki,
özgələşər bütün dünya
sığmaz olarsan artıq, dünya boyda dünyaya
dar gələr bütün çərçivələr
sıxar səni bağlanan pəncərə arasında
yaşamaqdan vaz keçərsən
çünki artıq sənə yaddır, özgədir bu dünya...

Abdullazadə Aysel 
22.11.15 - 13:07

0 yorum:

Yorum Gönder

 
Post Views Script by MBT -->