Barmaq aralarındakı boşluq
sonu bəlli olmayan bir eşqi anladar.
Biri gələr, doldurar əlləri ilə
arada bir millimetr belə fərq yaransa,
yalnızlığın yenidən başlayar...
O fərq dünya boyda görünər,
əslində, nə dünya kiçikdir,
nə də yaşanılan sevgi...
nə barmaqlar eynidir,
nə də toxunuşlar dəqiq.
İlla ki, bir fərq vardır...
Aysel Abdullazadə
06.11.2015
Yorumlar
Yorum Gönder