Post views: counter

1 Mayıs 2015 Cuma

Gəl artıq...


İçimdə özləm dalğası var 
Ağ ləpələri sovurur, sanki, qəlbimdəki tənhalığı 
Nəyəsə darıxıram, kimisə gözləyirəm
Gələn olacaq mı bilmirəm...

İçimdəki burxulmuşluq nədir anlamıram
Təklik mi sıxır məni? 
Gülməlidir, axı, mən həmişə tək olmuşam. 
Kimsə var, kimsə gələcək 
onun təlaşəsindəyəm, sanki.

İçimdə ona hazırlıq görülür, 
Ürəyimin çırpıntısı boğazımda döyünür. 
Kimədir bu özləm? 
Kimdir özlədiyim? 
İçimdəki boşluq nədən? 
Qəlbimdəki hiss niyə bu qədər çalxalanır? 
Arzularım coşub kimin üçün haçalanır?

Nədirsə, kimdirsə gəlsin, artıq 
Dayanmağa gücüm, gözləməyə səbrim yox 
Baxmağa gözüm, duymağa qəlbim yox 
Hamısı çıxıb məndən 
Kimsənsə, gəl artıq 
Səndə döyünəcək ürəyim, 
səndə baxacaq gözlərim 
Məni tərk edir hər şey 
Bədən üzvlərim, içimdəki hisslərim...

Aysel Abdullazadə
01.05.2015

0 yorum:

Yorum Gönder

 
Post Views Script by MBT -->